Reklam verin!
Hər şey Azərbaycan üçün!!!
Minimum əməkhaqqı və pensiyalar artırıldı
Sentyabrın 1-dən minimum aylıq əməkhaqqının və əmək pensiyasının baza hissəsinin məbləği 75 manat təşkil edəcək

Prezident İlham Əliyev, minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb. Dövlət başçısı, Azərbaycan Respublikasinda əhalinin maddi güzəranını yaxşılaşdırmaq və sosial müdafiəsini daha da gücləndirmək məqsədi ilə qərara alir ki, minimum aylıq əməkhaqqının məbləği 2008-ci il sentyabrın 1-dən 25 faiz artırılaraq 75 manat müəyyən edilsin.

Dövlət başçısının digər sərəncamı isə əmək pensiyalarının baza hissəsinin artırılması ilə bağlıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə uyğun olaraq və pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi ilə prezident qərara alıb ki, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2008-ci il sentyabrın 1-dən 25 faiz artırılaraq 75 manat müəyyən edilsin.
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna tapşırılsın ki, qanunvericiliklə müəyyən olunmuş hallarda Azərbaycanın Milli Qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla, bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğinin də bu sərəncama uyğun olaraq artırılaraq yenidən hesablanmasını təmin etməlidir./ANS PRESS/


Açar sözlər: minimum əmək haqqı pensiya 

Yazar: Reshaiq M.Bayramov | Tarix: Avqust 25, 2008 22:32 Yazını "XəbərNamə"yə göndər! | Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 2

Bu barədə Bloomberg saytı məlumat yayıb

Azərbaycandan Türkiyəyə neft nəql edən Bakı-Tiflis-Ceyhan neft kəməri bu gündən başlayaraq adi rejimdə fəaliyyətə başlayıb. Bu barədə Bloomberg saytı məlumat yayıb.
Qeyd edək ki, hələ avqsutun 20-də neft kəmərində sınaqlar həyata keçirilməyə başlamışdı. Amma neft nəqli bun gündən başlayaraq bərpa edilib.
Xatırladaq ki, BTC-də neft nəqli borunun Türkiyədən keçən hissəsinin avqstun 6-da partladılmasından sonra dayanmışdı. Yanğını altı sutka ərzində söndürmək mümkün olmamışdı. Daha ponra 2 həftə neft kəmərində təmir bərpa işləri aparıldı. Bəzi məlumatlara görə,  PKK terrorçuları partlayışa görə məsuliyyəti öz üzərlərinə götürüblər. Amma Türkiyə hökuməti bu informasiyanı rəsmi olaraq təsdiqləməyib. 
Qeyd edək ki, bu neft kəməri ildə bütün dünya neftinin 1 faizi qədər təxminən 50 mln ton neft nəql edir. Onun uzunluğu 1700 km-dən çoxdur, təxminən 276 km-i isə Gürcüstanın ərazisinə düşür. /ANS PRESS/


Açar sözlər: bakı-tbilisi-ceyhan btc 

Yazar: Reshaiq M.Bayramov | Tarix: Avqust 25, 2008 16:36 Yazını "XəbərNamə"yə göndər! | Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 2

Ermənistanın kommersiya banklarına “Western Union” sistemində iştirak etmək qadağan edilib
Bu barədə qərarı avqustun 22-də keçirilən iclasda Ermənistanın Mərkəzi Bankının şurası verib

Ermənistan ərazisində fəaliyyət göstərən kommersiya banklarına “Western Union” beynəlxalq pul köçürmə sistemində iştirak etmək qadağan edilib. Ermənistanın“Panorama” saytının məlumatına görə, bu barədə qərarı avqustun 22-də keçirilən iclasda Ermənistanın Mərkəzi Bankının şurası verib.
Bankın mətbuat xidmətindən verilən məlumata görə, kommersiya banklarına “Western Union” la bağlanmış müqavilələri pozmaq barədə göstəriş verilib. Mənbənin sözlərinə görə, bu qərarın verilməsində məqsəd bankların risklik ehtimalını azaltmaqdır. Belə ki, “Western Union”la Ermənistanda fəaliyyət göstərmiş banklar arasında bağlanmış müqavilələrin əsassız və səbəbsiz pozulması halları baş verib. Əsasən də bankların filiallarında xidmət dayandırılıb, bu isə bankların təbii fəaliyyətinə, eyni zamanda maliyyə vəziyyətlərinə mane olur, pul köçürmə sektorunda gözlənilməz situasiyaların yaranmasına səbəb ola bilər. Bundan başqa bu, ölkənin iqtisadi, maliyyə və real sektoruna təsir göstərə bilər.

Xatırladaq ki, bu ilin iyul ayının 30-da “Western Union” sisteminin Azərbaycanda fəaliyyəti dayandırılmışdı. Buna səbəb isə “Western Union” sistemi ilə Dağlıq Qarabağ separatçılarına pul köçürülməsi idi. Baş vermiş hadisə ilə əlaqədar "Western Union" şirkətinin vitse-prezidenti Conatan Knaus avqustun 7-də Bakıda olmuş və Milli Bankın rəhbərliyi ilə danışıqlar aparmışdı. Danışıqların nəticəsinə görə şirkət AMB-nin bütün tələblərini qəbul etmiş və Dağlıq Qarabağda fəaliyyətini dayandırmışdı. bütün bunlar nəzərə alınaraq "Western Union”un Azərbaycanda fəaliyyəti bərpa edilmişdi./ANS PRESS/


Açar sözlər:

Yazar: Reshaiq M.Bayramov | Tarix: Avqust 25, 2008 16:34 Yazını "XəbərNamə"yə göndər! | Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 2

Pekin olimpiadası başa çatdı

Pekin olimpiadası başa çatdı <font color=#ff0000>(FOTOLAR)</font>

Azərbaycan qızıl medalların sayına görə 39-cu, medalların sayına görə isə 27-ci yeri tutub

Avqustun 24-də XXIX Pekin Yay Olimpiya oyunları başa çatıb. Yarışda 44 idmançı ilə təmsil olunan Azərbaycan bu olimpiadada 7 medal - 1 qızıl, 2 gümüş, 4 bürünc əldə edib. Azərbaycan qızıl medalların sayına görə 39-cu, medalların sayına görə isə 27-ci yeri tutub.
 Pekin olimpiadasında ev sahibi Çin qızıl medalların sayına görə birinci yeri tutub - 51 qızıl. İlk üçlüyü aktivində 36 qızıl olan ABŞ və 23 qızılla Rusiya qapayır.
Bu olimpiada da 81 ölkə medal qazanıb.
Azərbaycan müstəqil dövlət kimi ilk dəfə 1996-cı il Atlanta olimpiadasında iştirak edib. Həmin vaxt sərbəst güləşçi Namiq Abdullayev gümüş medal qazanmışdı.
2000-ci il Sidney olimpiadasında Azərbaycan 2 qızıl və 1 gümüş, 2004-cü il Afina olimpiadasında isə 1 qızıl və 4 bürünc medal qazanıb.
XXIX Pekin Yay Olimpiya oyunları avqustun 8-də başlamışdı.
Növbəti olimpiada 2012-ci ildə Londonda keçiriləcək. 


Açar sözlər: olimpiada azərbaycan 

Yazar: Reshaiq M.Bayramov | Tarix: Avqust 24, 2008 21:39 Yazını "XəbərNamə"yə göndər! | Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 2

Qəza nəticəsində təyyarədə olan 10 sərnişin ölüb

Amerikanın Utah əyalətində kiçik sərnişin təyyarəsi qəzaya uğrayıb. CNN Türkün yaydığı məlumata görə, təyyarədə olan 10 sərnişin qəza nəticəsində həlak olub. Əyalətin təhlükəsizlik rəsmisi şerif Ceyms Naylandın verdiyi məlumata görə təyyarə, “Canyonlands Field” hava limanından havaya qalxıb və bir müddət sonra isə, qəzaya uğrayıb. Bundan başqa Nayland bildirib ki, təyyarənin sərnişinləri bir dermotologiya klinikasının təsisçiləri olub. /ANS PRESS/


Açar sözlər:

Yazar: Reshaiq M.Bayramov | Tarix: Avqust 24, 2008 11:04 Yazını "XəbərNamə"yə göndər! | Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 2

Ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin və yüksək vəzifəli şəxslərin təhlükəsizliyini, ali dövlət hakimiyyət orqanlarının mühafizəsini təmin etmək məqsədi ilə 1993-cü il avqustun 23-də Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi yaradılmış, sonradan isə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti kimi fəaliyyətini davam etdirmişdir.

15 illik dövr ərzində Xüsusi Dövlət Mühafizə Xidmətinin inkişafı və maddi-texniki bazasının gücləndirilməsi, əməkdaşlarının peşəkarlığının artırılması istiqamətində mühüm işlər görülmüşdür. Xidmətin ayrılmaz hissəsi olan Milli Qvardiya müasir standartlara uyğun olaraq yenidən qurulmuş, şəxsi heyətin hərbi-döyüş qabiliyyəti artırılmış, mənəvi-psixoloji hazırlığı və nizam-intizam yüksək səviyyədə təşkil edilmişdir.

Ölkəmizdə irimiqyaslı regional enerji layihələrinin həyata keçirilməsi və bu enerji layihələrin təhlükəsizliyinin təmin edilməsi zərurəti ilə əlaqədar ümummilli liderimiz tərəfindən ixrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin yüksək səviyyədə təşkil və təmin edilməsi məhz Xüsusi Dövlət Mühafizə Xidmətinə tapşırılmış və səlahiyyətləri əhəmiyyətli dərəcədə genişləndirilmişdir. 

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyətinin yerinə yetirdiyi vəzifələrin əhatə dairəsini və mürəkkəbliyini, dövlətçiliyimizin qorunmasında rolunu, Azərbaycan dövlətinə, xalqına, Azərbaycan Respublikasının Prezidentinə sadiq, layiqli və qüsursuz xidmətini nəzərə alaraq, Xüsusi Dövlət Mühafizə Xidmətinin yaradılması tarixini əbədiləşdirmək və sədaqətli xidmət ənənələrini yaşatmaq məqsədi ilə qərara alıram:

1. Hər il avqustun 23-ü Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunsun.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 21 avqust 2008-ci il.


Açar sözlər:

Yazar: Reshaiq M.Bayramov | Tarix: Avqust 21, 2008 21:20 Yazını "XəbərNamə"yə göndər! | Sərəncamlar | Şərhlər(0) | Baxış sayı: 3

Temperatur ötən günlərə nisbətən bir neçə dərəcə aşağı düşəcək

Ölkədə avqustun 18-dən müşahidə edilən anomal isti hava şəraiti sabahdan nisbətən sərinləşməyə başlayacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 22-dən havanın temperaturu ötən günlərə nisbətən bir neçə dərəcə aşağı düşəcək.

Avqustun 22 və 23-də respublika ərazisində yağmursuz hava şəraiti müşahidə ediləcək, axşam və gecə saatlarında isə bəzi qərb rayonlarında qısamüddətli yağış ehtimalı var, qərb küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq, şimal küləyi əsəcək, arabir güclənəcək. Gecə 23-26, gündüz 35-37 dərəcə isti olacaq. /ANS TV/


Açar sözlər:

Yazar: Reshaiq M.Bayramov | Tarix: Avqust 21, 2008 18:04 Yazını "XəbərNamə"yə göndər! | Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 2

Qabaqki yazılar

« Əvvəlki səhifə   Yazılar cəmi: 445    Sonrakı səhifə »