Prezident Ilham Əliyev, “Bakı Metropoliteni işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama görə, 2008-ci il sentyabrın 1-dən Bakı Metropoliteni işçilərinin əməkhaqları orta hesabla 25 faiz artırılır. /ANS PRESS/
Açar sözlər:
Prezident İlham Əliyev Sumqayıta səfər edib. AzərTAc-ın məlumatına görə, dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib. Daha sonra şəhərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Paralimpiya İdman Kompleksinin açılışında iştirak edib. Dövlət başçısına məlumat verilib ki, kompleksin tikintisinə 2005-ci ildə başlanıb və 2,25 hektar sahəni əhatə edən kompleksin smeta dəyəri 3,1 milyon manatdır.
Kompleksə 130 nəfərlik akt salonu, trenajor, əl oyunları, böyük və kiçik atıcılıq zalları, açıq futbol və voleybol meydançaları, qapalı üzgüçülük hovuzu daxildir. Binada müasir tipli liftlər, üzgüçülük hovuzunda avtomatik təmizləmə, dezinfeksiya, qızdırıcı qurğular quraşdırıllb. Kompleksdə əlillərin sərbəst hərəkəti üçün lazımi şərait yaradılıb. Kompleksin yanında müasir tipli mehmanxana da tikiləcək.
Dövlətimizin başçısı akt salonunda Pekin Paralimpiya oyunlarında iştirak edəcək Azərbaycan idmançıları ilə görüşüb, daha sonra prezident görüşdə çıxış edib.
Bu gün eyni zamanda prezidenti Sumqayıtda Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və Çernobıl qəzası əlilləri üçün tikilmiş dördmərtəbəli 36 mənzilli yaşayış binasının açılış mərasimində iştirak edib.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə tikilmiş binaya əlillərin rahat daxil olmaları üçün xüsusi giriş quraşdırılıb, hər bir mənzil mebel və digər məişət avadanlığı ilə təmin edilib.Azərbaycan Prezidentinin adından hər bir ailəyə televizor və soyuducu hədiyyə olunub.
Prezident İlham Əliyev yeni mənzillərin orderlərini sakinlərə təqdim edib, bina ilə yaxından tanış olub.
Dövlət başçısına məlumat verilib ki, mənzillərin 5-i şəhid ailələri, 29-u Qarabağ müharibəsi əlilləri, 2-si isə Çernobıl qəzası əlilləri üçün ayrılıb./ANS PRESS/
Açar sözlər:
Mərkəzi Seçki Komissiyası (MSK) KİV ilə maarifləndirmə proqramı həyata keçirəcək. Bu haqda məlumatı ANSPRESS-ə MSK mətbuat xidmətinini rəhbəri Azər Sarıyev verib. Onun sözlərinə görə, Mərkəzi Seçki Komissiyası seçicilərin, aşağı seçki komissiyaları üzvlərinin və digər seçki subyektlərinin maarifləndirilməsi ilə bağlı proqramını həyata keçirməkdə davam edir. «Bu proqramın tərkib hissələrindən biri də KİV ilə maarifləndirmənin həyata keçirilməsidir. Artıq MSK-nın İctimai Televiziya və rəsmi dövri nəşrlər vasitəsilə gerçəkləşdirdiyi proqramın birinci mərhələsi yekunlaşmaq üzrədir»-deyə, A. Sarıyev bildirib.
A.Sarıyevin sözlərinə görə, sentyabrın 2-dən etibarən İctimai Televiziya və rəsmi qəzetlər vasitəsilə maarifləndirmə proqramının ikinci mərəhələsinə başlanılacaq. Bu mərhələdə MSK üzvləri qeydiyyatdan çıxma vəsiqələrindən tutmuş seçkilərin yekunlarının və səsvermənin nəticələrinin dərc edilməsi daxil olmaqla çeşidli mövzularda çıxış edəcəklər.
Açar sözlər:
Prezident İlham Əliyev, “Sosial müavinətlərin artırılması haqqında” Fərman verib. Sənədə görə, sosial müavinətlərin məbləği artırılaraq, aşağıdakı kimi müəyyən edilib:
Aylıq müavinətlər:
-Yaşa görə müavinət - 45 manat;
- Əlillik “ümumi xəstəlik”, “hərbi xidmət dövründə xəstələnmə”, “əmək zədəsi və peşə xəstəliyi”, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” səbəbindən baş verdikdə əlilliyə görə müavinət:
I qrup əlillərə - 50 manat
II qrup əlillərə - 35 manat
III qrup əlillərə - 30 manat;
- sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət - 50 manat;
- ailə başçısını itirməyə görə müavinət - 40 manat;
- əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə müavinət – 25 manat;
- müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət – 40 manat;
- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət – 25 manat;
- bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət – 20 manat.
Birdəfəlik müavinətlər:
- radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət – 150 manat;
- uşağın anadan olmasına görə müavinət – 50 manat;
- dəfn üçün müavinət – 100 manat. /ANS PRESS/
Açar sözlər:
Prezident İlham Əliyev, məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqinda sərəncam imzalayıb. Məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə dövlət başçısı qərara alıb ki, məcburi köçkünlərə adambaşına yemək xərci üçün verilən aylıq müavinətin məbləği 2008-ci il sentyabrın 1-dən 50 faiz artırılsın.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir. /ANS PRESS/
Açar sözlər:
Prezident Ilham Əliyev, məhkum edilmiş bir sira şəxslərin əfv olunması haqqında fərman imzalayıb. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsipini rəhbər tutaraq, əfv olunan şəxslərin qanunlara riayət etmələrini arzulayaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq dövlət başçısı qərara alır ki, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilsinlər:
1. Abayev Rəsul Oktay oğlu, 1979-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə hərbi məhkəməsinin 2006-cı il 16 iyun tarixli hökmü ilə məhkum edilmişdir.
2. Abbasov Sabir Tahir oğlu, 1968-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2006-cı il 16 avqust tarixli hökmü ilə məhkum edilmişdir.
3. Abdullayev Elgiz Çingiz oğlu, 1976-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2008-ci il 7 mart tarixli hökmü ilə məhkum edilmişdir.
Açar sözlər:
Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın doğum günüdür. Mehriban Arif qızı Əliyeva 1964-cü il 26 avqustda Bakı şəhərində alim ailəsində anadan olub. Atası Arif Paşayev fizika-riyaziyyat elmlər doktoru və Bakıdakı Milli Aviasiya Akademiyasının rektorudur. Anası Aida İmanquliyeva isə (1939-1993) görkəmli filoloq və ərəbşünas olub. 1982-ci ildə, Mehriban Əliyeva Bakı şəhəri 23 saylı orta məktəbi qızıl medalla bitirib. Bir neçə aydan sonra o, Azərbaycan Tibb Universitetinə qəbul edilib, daha sonra təhsilini Seçenov adına Moskva Tibb Akademiyasında davam etdirib və oranı 1988-ci ildə qırmızı diplomla tamamlayıb.
1983-cü İldə İlham Əliyevlə ailə həyatı qurub.
1988-1992-ci illərdə Mehriban Əliyeva Moskvada akademik Mixail Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.
1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları xeyriyyə fondunu yaradıb ona başçılıq edib.
1996-cı ildə Azərbaycan, ingilis və rus dilində çap olunan Azərbaycan İrs mədəniyyət və tarix jurnalını təsis edib və onun redaktoru olub.
2002-ci ildə Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. Onun fəaliyyəti Beynəlxalq Gimnastika Federasiyasının 2005-ci ilin Dünya bədii gimnastika yarışının Azərbaycanda keçirmək qərarıyla nəticələnib.
2004-cü ildə o, Heydər Əliyev irsini tədqiq edən Heydər Əliyev Fondunu təsis edib. Həmin ildə, M. Əliyeva folklor və musiqi ənənələrini təbliğ etdiyinə görə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Həmin il o, Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinə üzv seçilib.
2005-ci ildə keçirilən sorğunun nəticəsinə əsasən o, İlin qadını tituluna layiq görülüb. Həmçinin o, Yüzilliyin mesenatları Beynəlxalq xeyriyyə fondu tərəfindən ona təltif edilən Yaqut Xaç Ordeninin ilk qadın kavaleridir.
2005-ci ilin parlament seçkisində o, Milli Məclisə deputat seçilib.
Azərbaycanın birinci xanımı, «Heydər Əliyev» fondunun prezidenti Mehriban Əliyeva «ANS» Şirkətlər Qrupu və Milli Qəhrəman Çingiz Mustafayev fondu tərəfindən Milli-mədəni irsimizin qorunub saxlanmasına, YUNESKO-nun xoşməramlı səfiri kimi Azərbaycanın dünyada müsbət imici üçün görülmüş işlərə, Azərbaycanın tarixində ilk dəfə olaraq bədii gimnastika üzrə dünya çempionatının təşkili və keçirilməsinə, xeyriyyəçilik fəaliyyətinə, «yeniləşən Azərbaycana yeni məktəb» proqramı çərçivəsində Azərbaycanın təhsil sisteminin inkişafına göstərdiyi xidmətlərə görə 2005-ci ilin adamı elan edilib.
2006-cı ildə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun Xoş Məramlı səfiri, Azərbaycan Milli Məclisinin deputatı Mehriban Əliyeva sivilizasiyaların yaxınlaşmasında xidmətlərinə görə İslam ölkələrinin elm, təhsil və mədəniyyət təşkilatı- ISESKO-nun Xoş Məramlı səfiri adına layiq görülüb.
İlham və Mehriban Əliyevanın üç övladı var: qızları Arzu və Leyla, oğulları Heydər. /ANS PRESS/
Açar sözlər:
Qabaqki yazılar
- Bakı-Tiflis-Ceyhan neft kəməri bu gündən başlayaraq adi rejimdə fəaliyyətə başlayıb
- Ermənistanın kommersiya banklarına “Western Union” sistemində iştirak etmək qadağan edilib
- Pekin olimpiadası başa çatdı
- Amerikada təyyarə qəzası baş verib
- Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı
- Hava şəraiti sabahdan nisbətən sərinləşəcək
- Xetaq Qazyumov Olimpiya üçüncüsü oldu
- “BarKamp Azərbaycan 2008”- qeyri-Konfransına qeydiyyat davam edir
- "İrəli" rəqiblərinə meydan oxuyur





















