Ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin və yüksək vəzifəli şəxslərin təhlükəsizliyini, ali dövlət hakimiyyət orqanlarının mühafizəsini təmin etmək məqsədi ilə 1993-cü il avqustun 23-də Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi yaradılmış, sonradan isə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti kimi fəaliyyətini davam etdirmişdir.
15 illik dövr ərzində Xüsusi Dövlət Mühafizə Xidmətinin inkişafı və maddi-texniki bazasının gücləndirilməsi, əməkdaşlarının peşəkarlığının artırılması istiqamətində mühüm işlər görülmüşdür. Xidmətin ayrılmaz hissəsi olan Milli Qvardiya müasir standartlara uyğun olaraq yenidən qurulmuş, şəxsi heyətin hərbi-döyüş qabiliyyəti artırılmış, mənəvi-psixoloji hazırlığı və nizam-intizam yüksək səviyyədə təşkil edilmişdir.
Ölkəmizdə irimiqyaslı regional enerji layihələrinin həyata keçirilməsi və bu enerji layihələrin təhlükəsizliyinin təmin edilməsi zərurəti ilə əlaqədar ümummilli liderimiz tərəfindən ixrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin yüksək səviyyədə təşkil və təmin edilməsi məhz Xüsusi Dövlət Mühafizə Xidmətinə tapşırılmış və səlahiyyətləri əhəmiyyətli dərəcədə genişləndirilmişdir.
Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyətinin yerinə yetirdiyi vəzifələrin əhatə dairəsini və mürəkkəbliyini, dövlətçiliyimizin qorunmasında rolunu, Azərbaycan dövlətinə, xalqına, Azərbaycan Respublikasının Prezidentinə sadiq, layiqli və qüsursuz xidmətini nəzərə alaraq, Xüsusi Dövlət Mühafizə Xidmətinin yaradılması tarixini əbədiləşdirmək və sədaqətli xidmət ənənələrini yaşatmaq məqsədi ilə qərara alıram:
1. Hər il avqustun 23-ü Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunsun.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 21 avqust 2008-ci il.
Açar sözlər:
Azərbaycan Respublikasında müşahidə olunan yüksək iqtisadi inkişaf templəri ölkə paytaxtının abadlaşdırılması, Bakı şəhərinin müasir şəhərsalma prinsipləri əsasında inkişaf etdirilməsi məqsədi ilə son illərdə bir sıra ardıcıl tədbirlərin həyata keçirilməsinə zəmin yaratmışdır.
Bu çərçivədə kommunal xidmətlərin yaxşılaşdırılması, istilik enerjisi ilə təchizatda mövcud olan problemlərin aradan qaldırılması, şəhər nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır.
Kommunal xidmətlərin yaxşılaşdırılması məqsədi ilə görülən işlərə və əldə olunan nailiyyətlərə baxmayaraq, məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi sahəsində ciddi çatışmazlıqlar hələ də mövcuddur. Məişət tullantılarının daşınmasında vahid sistemin mövcud olmaması, yığılan zibilin emal edilmədən və zərərsizləşdirilmədən istifadə imkanları bitmiş tullantı poliqonlarında toplanması, bir çox yerlərdə icazəsiz zibilliklərin əmələ gəlməsi və ətraf mühitin çirklənməsi ciddi narahatlıq doğurur.
Bakı şəhərində məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin müasir standartlara cavab verən tərzdə qurulması və idarə edilməsi, bu prosesin mütəşəkkil qaydada həyata keçirilməsi, şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması və bu sahənin gələcəkdə mərhələlərlə bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirilməsi məqsədi ilə qərara alıram:
Davamı...Açar sözlər:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Aşağıdakı hakimlər birinci instansiya məhkəmələrinin sədrləri təyin edilsinlər:
Rayon (şəhər) məhkəmələri üzrə:
| Fərhadov Xanlar Zalı oğlu | - | Ağcabədi Rayon Məhkəməsinin sədri |
| Məmmədov Mübariz İsfəndiyar oğlu | - | Ağdaş Rayon Məhkəməsinin sədri |
| Hüseynov Şirzad Həsən oğlu | - | Ağstafa Rayon Məhkəməsinin sədri |
| Şirvanov Maşalla Nəcəfəli oğlu | - | Beyləqan Rayon Məhkəməsinin sədri |
| Nurullayev Ramiz Vəliş oğlu | - | Biləsuvar Rayon Məhkəməsinin sədri |
| Ələkbərov Əliəjdər Məlik oğlu | - | Cəlilabad Rayon Məhkəməsinin sədri |
| Kazımov Elçin Məmməd oğlu | - | Goranboy Rayon Məhkəməsinin sədri |
| Ağayev Süleyman Əhməd oğlu | - | İmişli Rayon Məhkəməsinin sədri |
| Vəliyev Adil Yaqub oğlu | - | Qusar Rayon Məhkəməsinin sədri |
| Nəsibov Cahangir Hacıbaba oğlu | - | Masallı Rayon Məhkəməsinin sədri |
| Səmədov Ağarza Hacırza oğlu | - | Sabirabad Rayon Məhkəməsinin sədri |
| Mirzəliyev Hüseyn Seyfulla oğlu | - | Tərtər Rayon Məhkəməsinin sədri |
Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri üzrə:
| Bəylərli Səxavət Şahhüseyn oğlu | - | Babək Rayon Məhkəməsinin sədri |
Yerli iqtisad məhkəmələri üzrə:
| Bəşirov Çingiz Adil oğlu | - | Sumqayıt yerli iqtisad məhkəməsinin sədri |
| Qasımov Elçin Lütvəli oğlu | - | Şirvan yerli iqtisad məhkəməsinin sədri |
Hərbi məhkəmələr üzrə:
| Məmmədov Şirvan İbrahim oğlu | - | Lənkəran Hərbi Məhkəməsinin sədri |
| Cəfərov Vidadi Cəfər oğlu | - | Sumqayıt Hərbi Məhkəməsinin sədri |
| Sadayev Qabil Şamı oğlu | - | Tərtər Hərbi Məhkəməsinin sədri |
2. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 6 avqust 2008-ci il.
Açar sözlər:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:
1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq aşağıdakı hakimlərin vəzifələri dəyişdirilsin:
Adil Yaqub oğlu Vəliyev Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Qusar Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin edilsin;
Elçin Lütvəli oğlu Qasımov 2 saylı Bakı yerli iqtisad məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şirvan yerli iqtisad məhkəməsinin hakimi vəzifəsinə təyin edilsin;
İradə Xəlil qızı Həsənzadə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi vəzifəsinə təyin edilsin;
Toğrul Məhəmməd oğlu Əliyev Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin edilsin;
Məhburə Kərim qızı Kərimova Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Mingəçevir Şəhər Məhkəməsinin hakimi vəzifəsinə təyin edilsin;
Nurəddin Yusif oğlu Mustafayev Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin edilsin.
2. Aşağıdakı şəxslər birinci instansiya məhkəmələrinin hakimləri təyin edilsinlər:
Açar sözlər:
Son illərdə Azərbaycan Respublikasında elektron kütləvi informasiya vasitələrinin sürətli inkişafı və geniş miqyaslı tətbiqi ölkəmizdə yeni informasiya sistemlərinin yaradılmasına və radio-televiziya yayım texnologiyalarının yeniləşdirilməsinə əlverişli zəmin yaratmışdır. Bu sahədə görülən işlərin daha da sürətləndirilməsi, həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması, ölkə ərazisində radio və televiziya verilişlərinin yüksək keyfiyyətli yayımının təmin edilməsi, mövcud yerüstü televiziya yayım sistemlərinin dünya standartlarına uyğunlaşdırılması, eləcə də efir məkanının informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədi ilə qərara alıram:
1. Ölkədə efir televiziya yayımının əhatə dairəsinin genişləndirilməsi və efir məkanının informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi üçün Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə 2.5 milyon (iki milyon beş yüz min) manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin ödənilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 10 iyul 2008-ci il.
Açar sözlər:
Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 100 faiz artırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu Sərəncam 2008-ci il iyul ayının 1-dən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 25 iyun 2008-ci il.
Açar sözlər:
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularının və mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşları orta hesabla 50 faiz artırılsın.
2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 25 faiz artırılsın.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularına ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyasının məbləği 2 dəfə artırılsın.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
5. Bu Sərəncam 2008-ci il iyul ayının 1-dən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 25 iyun 2008-ci il.
Açar sözlər:
Qabaqki yazılar
- Bakı-Tiflis-Ceyhan neft kəməri bu gündən başlayaraq adi rejimdə fəaliyyətə başlayıb
- Ermənistanın kommersiya banklarına “Western Union” sistemində iştirak etmək qadağan edilib
- Pekin olimpiadası başa çatdı
- Amerikada təyyarə qəzası baş verib
- Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı
- Hava şəraiti sabahdan nisbətən sərinləşəcək
- Xetaq Qazyumov Olimpiya üçüncüsü oldu
- “BarKamp Azərbaycan 2008”- qeyri-Konfransına qeydiyyat davam edir
- "İrəli" rəqiblərinə meydan oxuyur





















