Reklam verin!
Hər şey Azərbaycan üçün!!!

CÖKƏ (TİLİA)

Cökəkimilər fəsiləsindəki Tilia növünə aid olan və qışda yarpaqlarını tökən 30-a qədər ağac və minik cürünün ortaq adı Cökədir. Şimal yarımkürəsinin bütün ilıq bölgələrinin gilli, sərin və nəmli torpaqlarında yetişir. Sürətlə böyüyən və 20-25 sm-ə kimi uzanan cökə ağaclarının gövdələrinin diametri 1.5 m belə ola bilər. Əvvəlcə düz olan gövdə qabığı, ağac yaşlandıqca çatlayır. Üstü tünd yaşıl yarpaqları uzun saplı, ürək formasında və kənarları da düzdür.

Yarpağın boz və ya gümüş rəngindəki alt tərəfində qılcıqlar var. İyun-avqust ayları arasında açan sarımtıl rəngli xüsusi xoş ətirli çiçəklərinin 3-5-i bir yerdə, yarpaqların orta damarına bağlı və sarılı vəziyyətdə olur. Ağacın tək toxumlu meyvəsi minik, yuvarlaq və qurudur. Cökə ağacı toxumu, gövdə çəlikləri ilə və ya boy atan köklərinin ayrılıb əkilməsi ilə çoxaldılır.

Cökənin çiçək və yarpaqlarında qlükozit, tanen, yapışqan bitki mayesi və tərkibində farnesol olan uçucu yağ mövcuddur. Xüsusilə çiçək və yarpaqları tibbi təsirlərindən ötürü istifadə edilən cökə ağacının ağ, yumşaq və homogen taxtası heykəltəraşlıq və bənzəri işlərdə, gövdə qabıqları boyaçılıq və xələt istehsalında istifadə edilməkdədir.

Cökə çiçək və yarpaqlarının tibbi təsirlərini aşağıdakı kimi saymaq olar:

1. Sinəni yumşaldır.

2. Sinir sistemindəki gərginlikləri azaldır. Dincəldici, sakitləşdirici və yuxu gətiricidir.

3. Qadınlarda kritik günlərdə gərginlikləri yox edir və sancıları azaldır.

Bu təsirlərdən faydalanmaq üçün yay vaxtı, quru bir gündə yeni açmış cökə çiçəkləri yığılır. Bunların yanına bir miqdar yarpağı da qatılır və kölgədə qurudulur. Günəş dəyən çiçəklər ətir və təsirlərinin çoxunu itirir.

Qurudulmuş  çiçək və yarpaq qarışığından 1 qaşıq alınır, üzərinə 1 stəkan qaynar su tökülərək 10 dəqiqə müddətlə dəmlənir. Bundan gündə üç dəfə bir stəkan içilir.

1. Bundan başqa, cökə tərlədicidir.

2. İdrarı sökücüdür.

3. Stimul artırıcıdır.

4. Bədəni gücləndiricidir.

Cökənin bu faydalarından da istifadə etmək üçün qarışıqda çiçək-yarpaq dozajı artırılır və 2-3 qaşıq tökülür. Eyni üsulla hazırlanan qarışıqdan gündə üç dəfə bir stəkan içilə bilər.

Mənbə: http://akademiya.net


Açar sözlər:

Yazar: Reshaiq M.Bayramov | Tarix: İyun 25, 2008 11:16 Yazını "XəbərNamə"yə göndər! | Maraqlıdır | Şərhlər(0) | Baxış sayı: 25

Zəm–Zəm quyusu və onun tarixi haqqında qismən də olsa, hər kəsin məlumatı vardır. Məhz elə buna görə də bu günkü yazıda suyun yaranma tarixi haqda deyil, özünəməxsus qəribəlikləri və özəllikləri haqda söhbət açmaq istəyirəm.Tarix boyu bir çoxları Zəm-Zəm suyunu adi quyu suyu olaraq  qəbul etsə də, aparılan araşdırmalar onun qəribə özəlliklərini üzə çıxardı.

1971-ci ildə bəzi alimlər Zəm-Zəm quyusunun dəniz səviyyəsindən aşağı olması və Məkkənin mərkəz nöqtəsində yerləşməsini nəzərə alaraq içməyə yararsız olduğunu iddia etməyə başladılar.Onların rəyinə əsasən qurunt suları çökəklikdə yerləşən Zəm-Zəm quyusuna doğru axaraq  onu içməyə yararsız hala gətirə bilərdi.

Davamı...

Açar sözlər:

Yazar: Reshaiq M.Bayramov | Tarix: İyun 21, 2008 19:04 Yazını "XəbərNamə"yə göndər! | Maraqlıdır | Şərhlər(0) | Baxış sayı: 20

Yarım əsrdən bir az əvvəl meydana çıxan kompüter, artıq insan həyatında ən vacib ünsürlərdən birinə çevrilmişdir. “Mouse”u (mous-siçan tərc.) kəşf etməklə Bill Qeyts ilə Stiv Cobsun dünyanın ən zəngin insanları olmasına Duqlas Engelbartın səbəb olduğunu bilən varmı?

1929-cu ildə Amerika iqtisadiyyatının ən çətin anlarında uşaqlıq illərini yaşayırdı, II Dünya Müharibəsində isə universitetli bir əsgər idi. Özünü tanıdığından bəri elektronikaya marağı böyük idi. Buna görə də Elektronika Mühəndisliyi fakültəsinə daxil olmuşdu, ancaq əsl marağı kompüter sahəsi idi. Kompüter o dövrdə (1943-48) hər evdə deyil, sadəcə Amerikanın şərq sahilində olan bir makina idi. Yəni kompüteri yalnız yazılmış kitablardan oxuma fürsəti var idi. Çünki o yalnız Kaliforniyada mövcud idi.

Davamı...

Açar sözlər:

Yazar: Reshaiq M.Bayramov | Tarix: İyun 21, 2008 19:00 Yazını "XəbərNamə"yə göndər! | Maraqlıdır | Şərhlər(0) | Baxış sayı: 15

Hərdən görürsən ki, darıxırsan. Sanki burnunun ucu göynəyir.

İçində xiffətini çəkirsən, həsrətsən bir cüt qara gözə. Gün boyu onu axtarırsan, hətta yatanda da dua-dua yalvarırsan Sultanına, “Nə olaydı, bircə yuxu görəydim. O nur dolu gözlər, Haqqın aşiqlik yolu girəydi yuxuma,” - deyə iztirab çəkirsən. “Nə olaydı Sultanım, mərhəmətini əsirgəmə bizdən, Allahım?” - deyə ahu-fəğan edirsən. Güllərə yazırsan adını, gül ətirlinin. Sənə bülbülün halı tanışdı. Ancaq sən bülbüldən betərsən bu an. Bülbül səni görsə dərdini unudub səninçün oxuyar şərqilərini. Şam kimi yanırsan mum kimi əriyərək. Ancaq sənin yanmağının yanında şam kölgədə qalır. Şam bir ucdan yanarsa, sənin bütün vücudun yanır durmadan. Mənbə isə qəlbindir. Bütün vücudun gündə neçə dəfə əriyir, muma dönür. Gözlərin də qurutmur yaşını. Heyrət, bir gözdə nə qədər yaş olar. Hardan alır gözlərin bu qədər yaşı. Bəlkə Nil kimi mənbəyi Cənnətdir, çeşmə kimi çağlayan göz yaşlarının. Ümmanları o əmələ gətirdi çağlayaraq Həbibin həsrəti ilə. Sənin yolunun yolçularını, gözləri daima nəmli olanları görəndə səndən utanıram. Düşünürəm, sənin yolunda zənn edirik özümüzü. Ancaq boş içimizi mənasız şeylərlə doldurmağa çalışırıq aldadaraq sənə həsrət könlümüzü. Layiq olduğun kimi tanımırıq səni. Biz bizsiz olmağa razıyıq, Ey Sultan, Sənsiz buraxma bizi. Təhəmmül etmərik buna yaralı qəlbimizlə - demək istəyirəm minlərlə özüm kimilərin əvəzindən. Ancaq döyünən qəlbim “Allah, Allah” atışları ilə məni ayıldır. Sənsiz olmadığımı yenidən anladır bu atışlarıyla mənə. Baş-başa verən ağaclar, mənim həzin yalnızlığım kimi tərk edilmiş xurma ağacının iniltisini xatırladır mənə. Ancaq, mənim ümidsiz halıma “Həbib”inin həsrətindən saralıb- solan Haqq dostuna ünvanlanmış kəlmələr qanad verir: “Sevən sevdiyi ilə bərabər olar.” Yenə qaldırıram əlimi müznib halıma acıyaraq: “Nə olar bir yuxu”, - deyə səsləyirəm Səni.

Yuxularım Sənsiz qalıb,
Bilirəm, layiq deyiləm.
Eşqindən sərxoşam, Gülüm,
Sənsiz mən ayıq deyiləm.

Misraları davam etdirir həzin yalnızlığımı.

Mənbə: http://akademiya.net

Açar sözlər:

Yazar: Reshaiq M.Bayramov | Tarix: İyun 19, 2008 11:58 Yazını "XəbərNamə"yə göndər! | Maraqlıdır | Şərhlər(1) | Baxış sayı: 20

BERMUD ÜÇBUCAĞI

Şeytan üçbucağı və ya Şeytan dənizi kimi tanınan Bermud üçbucağı okeanın təqribən yarım milyon kvadrat mil (1.2 milyon km2) sahəsini tutur. Bu üçbucağın təpə nöqtələri Bermud adası, Puerto Riko və Floridanın (ABŞ) ən cənubudur. Bu sahə gəmilərin, qayıqların və  təyyarələrin itdiyi yüksək qəza bölgəsi kimi qeyd edilmişdir.

Bermud üçbucağı, kütləvi informasiya vasitələrinin təqdimatında naməlum fizika qanunlarının etibarlı olduğu və ya fizika qanunlarının işləmədiyi qeyri-adi bölgə kimi məşhurlaşmışdır.

Bu üçbucaqda bir çox təyyarə və gəmilərin qeybə çəkildiyi kimi bir inanc olduğu halda, ABŞ və bir çox digər dövlətlər statistikaları ilə bu cür qəzaların digər səyahət bölgələrində də çox olduğunu təsdiq edirlər.

On illər boyunca burada baş verən bir çox qəribə hadisələr haqqında dəqiq informasiya verilməmiş və dərc edilməmişdir.

Simsiz rabitənin çox inkişaf etmədiyi vaxtlarda bu cür hekayələrin danışıldığı bizə məlumdur. Çünki 1960-cı illərdən sonra bu bölgədə batan gəmilərin yoxa çıxması xeyli azalmışdır. Ümumiyyətlə isə Bermud üçbucağının bir Amerikan jurnalistinin məhsulu olduğunu düşünənlər də az deyil. Belə bölgələrin Yaponiya və Leyk Ontario ştatının yaxınlığında da olduğu iddia edilir.

Bu haqda yazıçı və araşdırmaçılar tərəfindən şeytanın bölgəsi, Atlantis ölkəsinin qalıqları, pis fikirli insanların əks cazibə apartlarını istifadə etməsi, dördüncü boyutun burada hökmran olması kimi bir çox nəzəriyyələr irəli sürülmüşdür. Qəribə maqnit sahələri və okean dibinin qazla zəngin olması kimi düşüncələr bunların arasında ən çox işlədilən nəzəriyyələrdir.

Bermuda üçbucağı əfsanəsinin müasir tarixi 5 donanma təyyarəsinin böyük fırtına ilə qarşılaşaraq yoxa çıxması ilə başlamışdır.

Qısaca, əksəriyyət insanlar tərəfindən Bermud üçbucağı sadəcə kimlərsə tərəfindən məşhurlaşdırılmış və qeydi-adi bölgəyə çevrilmiş bir əfsanə kimi qəbul olunmuşdur.


Açar sözlər:

Yazar: Reshaiq M.Bayramov | Tarix: May 16, 2008 9:31 Yazını "XəbərNamə"yə göndər! | Maraqlıdır | Şərhlər(0) | Baxış sayı: 32

NƏHƏNG PİRAMİDALAR

Zaman: e.ə. 2551-100  Məkan: Misir

Piramida nərdivan pillələri kimi sıra ilə inşa edilmişdi. Bu şəkildə tamamladıqdan sonra taşları yerlərinə qısa taxta kötüklərindən düzəldilmiş makinalarla qaldırdılar. – Herodot / e.ə. təqribən 430.

Herodotun yaşadığı illərdən bəri Misirlilərin piramidaları necə inşa etdikləri və daşları necə qaldırdıqları haqqında bir çox müzakirə aparılmışdır. Heyif ki, Misirlilərdən dövrümüzə bu mövzuları izah edən çox sənəd olmadığına görə meydana atılan bütün fərziyyələr ancaq təcrübi arxeologiya ilə sınanaraq inanmağa çalışılmışdır.

Daşların xam olaraq daş ocaqlarından çıxarılması, yonulması və yonulmuş bu daş blokların və dik daşların nəqli mövzularında bir çox cavabı olmayan suallar olsa da, bəlkə də ən böyük sirr, piramidaların və dik daşların həqiqətdə hansı texnika ilə tikilməsidir.

 

Davamı...

Açar sözlər:

Yazar: Reshaiq M.Bayramov | Tarix: May 16, 2008 9:16 Yazını "XəbərNamə"yə göndər! | Xəbərlər, Maraqlıdır | Şərhlər(0) | Baxış sayı: 37

24 min kvadrat metrlik hovuz, hər biri 80 min avro qiymətində əntiq kətil və kreslolar, 2500 kvadrat metr sahəsi olan "Royal Lux" nömrələr... Bunlar Rusiyada çalışan azərbaycanlı iş adamı, "AST Group" şirkətlər qrupunun sahibi və multimilyarder Telman İsmayılovın Türkiyənin Antalya kurortunda inşa etdirdiyi "Mardan İstanbul Palace Hotel"inin sadəcə, bəzi özəllikləridir.
Antalyanın Aksu səmtində yerləşən hotel bu ayın sonlarında ilk müştərilərini qəbul edəcək.
Yalnız çəngəl-bıçaqların alınmasına 17 milyon avro xərclənmiş bu hotel dünyanın ən bahalı və dəbdəbəli mehmanxanalarından birinə dönəsidir.
"Fortune" dərgisi isə bildirir ki, bu yay mövsümünün əvvəlində istifadəyə veriləcək "Mardan İstanbul Palace Hotel" dünyanın ən dəbdəbəli və lüks tikilisi olaraq Birləşmiş Ərəb Əmirliklərindəki "Burc al Arab"ı da kölgədə qoyacaq.
Antalya Aksuda yerləşən bu hoteldə bir nəfərlik otaqların qiyməti $400-dən $20 minə qədərdir.
500 nömrəlik bu hoteldəki otaqların 70%-i hovuzla təmin olunub. Standart otaqların sahəsi 45-50, dupleks nömrələrdə isə 200 kvadrat metrdir.
Bütün bunlardan savayı, əsas binası İstanbuldakı Dolmabağça Sarayından örnək alınaraq tikilmiş hotelin üst mərtəbələrində "Royal Lux" nömrələr, köməkçi binaların yaxınlığında isə hər biri 100 kvadrat metr sahəyə malik 20 villa inşa olunub.
"Mardan İstanbul Palace"ni inşa edən "Zafer İnşaat" şirkətinin icraçı direktoru Necati Yağçının dediyinə görə, tikinti işlərində 2500 mühəndis və işçi çalışıb.
Onun dediyinə görə, hotelin birinci mərtəbəsinin divarları və tavanı bütünlüklə qızıl lövhələrlə örtülüb. Avropanın ən böyük hovuzuna malik hoteldə bundan savayı, 4 okeanın balıqlarının üzəcəyi 4 ayrı nəhəng akvarium da qurulub.
Və ən nəhayət, Telman İsmayılovun inşa etdirdiyi hotel kompleksinə digər obyektlər də daxildir. Belə ki, idmançılar üçün nəzərdə tutulmuş 3 min yerlik hotel və 8 min yerlik 5 stadion da inşa olunur.
Xatırladaq ki, mutlimilyarder, $7 milyard dəyərində "AST Group"un sahibi Telman İsmayılovun oğlu Sərxan İsmayılov hazırda "Antalyaspor" klubunun vitse-prezidentidir.
Azərbaycanlı milyarderin xobbiləri arasında saat toplamaq da yer alıb. Onun 2 mindən artıq qol saatı var.


Açar sözlər:

Yazar: Reshaiq M.Bayramov | Tarix: May 9, 2008 17:31 Yazını "XəbərNamə"yə göndər! | Maraqlıdır | Şərhlər(0) | Baxış sayı: 27

Qabaqki yazılar

  Yazılar cəmi: 16    Sonrakı səhifə »