Reklam verin!
Hər şey Azərbaycan üçün!!!

AZƏRFOTO agentliyiYoxsulluqla Mübarizəyə Qlobal Çağırış Azərbaycan Milli Kualisiyası OXFAM beynəlxalq humanitar təşkilatının maliyyə dəstəyi ilə

Beynəlxalq Karikatura Müsabiqəsi “G8”-i açıq elan edir.

Müsabiqədə həvəskar və peşəkar karikaturaçılar, eyni zamanda rəssamlar iştirak edə bilərlər.

MÖVZULAR:

1. Yoxsulluq, İşsizlik;
2. Ərzaq böhranı;
3. Qlobal istiləşmə;
4. Təhsil, səhiyyə, içməli su, sanitariya;
5. QİÇS-lə mübarizə;
6. Kasıb ölkələrin borclarının bağışlanması;
7. Azad ticarət;
8. Gender bərabərliyi.

Son tarix 30 İyun 2008

Hər rubrika üçün maksimum 2 karikatura təqdim oluna bilər.

Texniki informasiya

Karikaturalar A4 ölçüsündə maksimum 150 dpi (max. 2mb.), JPEG formatı. İştirakçı hər rubrikaya 2 ağ-qara və ya rəngli, istənilən stildə karikatura göndərə bilər. İştirakçı yolladığı məktuba tərcümeyi halını da əlavə etməlidir.

Müsabiqənin sonunda seçilmiş karikaturalardan ibarət internetdə sərgi təşkil olunacaq.

Materiallar bu ünvana göndərilməlidir. cartoon@azerphoto.com

Karikaturalar bu ünvanda nümayiş etdiriləcək.

cartoon.azerphoto.com

Mükafatlar

Birinci yer 300 $

İkinci yer 250 $

Üçüncü yer 200 $

Daha 5 yer üçün diplomlar.

Nəticələr beynəlxalq münsiflər heyətinin qiymətləndirməsindən sonra 2 iyul 2008-ildə saytda nümayiş etdiriləcək.


Açar sözlər:

Yazar: Reshaiq M.Bayramov | Tarix: İyun 21, 2008 18:53 Yazını "XəbərNamə"yə göndər! | Elanlar | Şərhlər(0) | Baxış sayı: 19

Qabaqki yazılar

  Yazılar cəmi: 1