Reklam verin!
Hər şey Azərbaycan üçün!!!
Seçkilərə müdaxiləyə imkan verilməyəcək
Əli Həsənov: “Keçən seçkilərdə seçki prosesinə qanunsuz müdaxiləyə görə icra başçıları, yerli icra strukturlarının nümayəndələri cəzalandırıldı və bu, indiki seçkilər üçün bir siqnaldır”

Bu ilki prezident seçkilərində seçki prosesinə heç bir müdaxiləyə imkan verilməyəcək. Bunu Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov “Azadlıq” radiosuna açıqlamasında deyib. Onun sözlərinə görə, hələ 2005-ci il parlament seçkilərində prezident İlham Əliyev icra strukturlarının seçki prosesinə qarışmasını qadağan edən sərəncam imzalayıb. Əli Həsənov deyir ki, sərəncam bu seçki üçün də qüvvədə olacaq: «Keçən seçkilərdə seçki prosesinə qanunsuz müdaxiləyə görə icra başçıları, yerli icra strukturlarının nümayəndələri cəzalandırıldı, işdən çıxarıldı. Bu isə budəfəki seçkilər üçün bir siqnaldır».

Əli Həsənov bildirib ki, icra orqanları seçki prosesində seçki institutlarına yalnız texniki yardım göstərməlidirlər.

Səbail Rayon İcra hakimiyyətinin başçısı Sahib Ələkbərov icra strukturlarının seçki prosesinə müdaxiləsilə bağlı faktlar olsa da, bəzən onların şişirdildiyini deyib: «Bəzən kiçik bir fakt gərəksiz yerə şişirdilir ki, digərlərinə də guya bir dərs olsun. Hərənin bir marağı var. Müxalifət bu yolla icra strukturlarını seçki prosesindən bütünlüklə kənarlaşdırmaq istəyir, başqa qüvvələrin ola bilər başqa maraqları var. Ancaq İlham Əliyevin 2005-ci ildə verdiyi sərəncamlardan sonra icra strukturları bu məsələdə düzgün mövqe tutub».

Beynəlxalq qurumlar isə bu yöndə maarifləndirmə işini davam etdirirlər. ATƏT və Avropa Şurası Azərbaycan məmurlarına seçki prosesində nə cür davranmaları ilə bağlı təlimlər keçir.


Açar sözlər:

Yazar: Reshaiq M.Bayramov | Tarix: İyul 30, 2008 9:36 Yazını "XəbərNamə"yə göndər! | Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 9

Dövlət başçısı İlham Əliyevin imzaladığı fərmana əsasən, fərdi təqaüd 750 manatdan 1000 manata çatdırılıb

Prezident İlham Əliyev, “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması haqqında” Fərman imzalayıb. Fərmanda deyilir: “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 6, maddə 329; № 10, maddə 587; 2004-cü il, № 12, maddə 1006; 2005-ci il, № 3, maddə 167; 2006-cı il, № 11, maddə 939; 2007-ci il, № 12, maddə 1235) 2-ci bəndi ilə müəyyən edilmiş fərdi təqaüdün məbləği artırılaraq, həmin bənddə “yeddi yüz əlli” sözləri “min” sözü ilə əvəz edilsin.

Fərman 2008-ci il avqustun 1-dən qüvvəyə minir.


Açar sözlər:

Yazar: Reshaiq M.Bayramov | Tarix: İyul 30, 2008 9:32 Yazını "XəbərNamə"yə göndər! | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 9

Bu dəfə Goranboy və Füzuli rayonları ərazisində

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatı: Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 28-də saat 15.15-dən  15.50-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;  saat 20.05-dən 20.42-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;  saat 21.50-dən 23.15-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən  Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmublar. Bütün hallarda düşmən cavab atəşilə susdurulub. İtki yoxdur. /ANS PRESS/


Açar sözlər:

Yazar: Reshaiq M.Bayramov | Tarix: İyul 29, 2008 11:27 Yazını "XəbərNamə"yə göndər! | Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 9

Lakin avqustda havanın temperaturunun yenidən yüksələcəyi istisna olunmur

Bu gündən ölkə ərazisində havalar nisbətən mülayimləşəcək. Ekologiya və təbii sərvətlər nazirlyinin milli hidrometereologiya departamentinin direktor müavini Umayra Tağıyevanın sözlərinə görə, bu gündən ölkə ərazisində havanın temperaturunun bir neçə dərəcə aşağı düşəcəyi proqnozlaşdırılır. Lakin avqustda havanın temperaturunun yenidən yüksələcəyi istisna olunmur. Anomal isti hava növbəti ayın ilk günlərində proqnozlaşdırılmasa da, sonraki günlərdə havanın temperaturu yenidən yüksələcək.

“Bu həfətnin sonuna kimi havalar sərin keçəcək. Yaxın günlərdə isti havaların olacağı gözlənilmir. Avqustda havalar isti keçəcəyi itsina olunmur. Yəni avqustda çoxillik normadan 3 dərəcgə artıq olacağı istina olunmur. Bu, o deməkdir ki, avqsutda ötən həftə müşahidə olunan isti havanın təkrarlanması istisna olunmur”. /ANS TV/


Açar sözlər:

Yazar: Reshaiq M.Bayramov | Tarix: İyul 29, 2008 8:36 Yazını "XəbərNamə"yə göndər! | Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 9

Prezident seçkisinin dəqiq vaxtı elan olunub

Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iyulun 28-də keçirilən iclasında məlumat verib.

O, bildirib ki, MSK prezident seçkisinə hazırdır: «Yanvar ayından seçici siyahılarının dəqiqləşdirilməsinə başlanıb. Dairə seçki komissiyaları üçün normal iş şəraiti yaradılıb və onların böyük əksəriyyəti yeni binalarla təmin olunub»,- deyə MSK sədri bildirib.


Açar sözlər:

Yazar: Reshaiq M.Bayramov | Tarix: İyul 29, 2008 8:31 Yazını "XəbərNamə"yə göndər! | Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 9

Ona köməyə atılan iki nəfər hazırda xəstəxanadadır

Bakı Kanalizasiya Xidməti İdarəsinin Mərdəkan-Şüvəlan təmizləyici kollektorunda bir nəfər şaxtaya düşərək ölüb.Əzizbəyov rayon prokrurluğundan aldığımız məlumata görə, iyulun 27-də saat 21 radələrində adı çəkilən idarədə fəhlə işləyən İskəndərov Kamal Mikayıl oğlu iş vaxtı kanalizasiya şaxtasında boğulub. Ona kömək etmək məqsədilə şaxtaya düşən iki nəfər iş yoldaşlarının həyatını xilas edə bilməyib. Onlar özləri ağır vəziyyətdə xəstəxanaya aparılıb. Faktla bağlı Əzizbəyov rayon prokrurluğunda cinayət işi açılıb.


Açar sözlər:

Yazar: Reshaiq M.Bayramov | Tarix: İyul 28, 2008 14:31 Yazını "XəbərNamə"yə göndər! | Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 8

İntihar etmək istəyən qadına verilən suya yuxu dərmanı qatiılıbmış

Fövqəlada hallar nazirinin müavini, general-mayor Faiq Tağızadə Nərimanov raoynunda intihara cəhd edən Cəmilə Həsənovanın xilas edilməsi barədə jurnalistlərə açıqlama verib. O, bildirib ki, qadına verilən qazlaşdırılmış suyun içərisinə sakitləşdirici yuxu dərmanı qatılıb. Suya dərman qatıldığdan halsızlaşan qadın bunu hiss edərzk özünü damdan aşağı atmağa cəhd edib. Bu anda FHN-nin Emin adlı xilaskarı onu arxadan saxlaya bilib. Cəmilə Həsənova xəstəxana yəkim nəzarəti altında psixoloji-nevroloji xəsrəxanaya aparılıb. Qeyd edək ki, o, intihar etmək üçün bu gün səhər saatlarında sevdiyi şəxsin yaşadığl bina ilə üzbəüz olan evin damına çıxmışdı. Uzun müddət psixoloqların apardığı danışıqlara baxmayaraq C.Həsənova intihar etmək fikrindən dönməmişdi./ANS PRESS/


Açar sözlər:

Yazar: Reshaiq M.Bayramov | Tarix: İyul 28, 2008 14:30 Yazını "XəbərNamə"yə göndər! | Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 7

Qabaqki yazılar

  Yazılar cəmi: 29    Sonrakı səhifə »