«İyunun 30-dan iyulun 2-nə kimi ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürəcək». Bu barədə ANS PRESS-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru İmran Məmmədov məlumat verib.
O, bildirib ki, respublikanın xüsusən qərb rayonlarında lokal leysan yağışları yağacağı, dağlıq və dağ ətəyi bölgələrdə qısa müddətlərlə dolu düşəcəyi, çaylarda suların artacağı gözlənilir. İyulun 1-nə keçən gecə simal-qərb küləyinin intensivliyi artacaq.
Sabah Bakı və Abşeron yarımadasında gündüz və axşam vaxtları hava buludlu olsa da, yağış gözlənilmir. Şımal-qərb küləyi güclənməkdə davam edəcək. Paytaxda iyulun 1-i havanın temperaturu gündüz 24-25, axşam 20-22 dərəcə, iyulun 2-si isə gündüz 28-30, axşam 25-26 dərəcə isti ilə müşayiət olunacaq. İmran Məmmədov onu da bildirib ki, hazırda dəniz suyunun temperaturu 24-25 dərəcə isti olsa da, Bakı əhalisinə iyulun 3-dən etibarən dənizdə çımmək məsləhət görülür. /ANSPRESS/
Açar sözlər:
Bu gün- iyunun 30-u Azərbaycanda Sevgililər günüdür. Artıq 5 ildir ki, ölkədə qeyd olunan bu günün tarixi 1990-cı il 20 yanvar faciəsi zamanı həlak olan İlham və onun yoxluğuna dözə bilməyərək özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır. Bu, sevginin, sədaqətin, cəsarətin göstəricisi sayılır və bütün sevgililərə əbədi örnək ola biləcək İlham və Fərizənin toy günü- 30 iyun tarixi Azərbaycan sevgililər günü kimi keçirilir.
Hər bir cəmiyyətin sevgi üzərində qurulduğu nəzərə alınarsa, orada iki insanın bu hisslərini təntənəli şəkildə qeyd edə bilməsi üçün müəyyən bir tarixi günün olması çox vacibdir. Yəqin ki, çoxlarının fikrinə fevralın 14-ü- Valentin günü kimi keçirilən bayram gəlir. Amma biz artıq beş ildir ki, iyunun 30-da milli sevgililər gününü qeyd edirik.
Sosioloqlar əslində belə bir bayramı həm də milli dəyərlərin inkişaf etdirilməsi baxımından əhəmiyyətli sayır. Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, bu, həm milli bayramdır, həm qəhrəmanlıq tariximizdir, həm də sevgi kimi müqəddəs bir hisslə bağlıdır.
14 fevralın bütün dünyada olduğu kimi Azərbaycanda da qeyd olunmasına təbii yanaşan sosioloq, 30 iyunun sevgililər üçün daha böyük bir bayrama çevrilməsini məqsədəuyğun hal kimi qiymətləndirir. Onun fikrincə, milli sevgililər gününün daha böyük bir səviyyədə keçirilmə ənənəsi formalaşsa, bu, ölkəmizin də mövqeyinə xoş təəssüratlar gətirər: «Bütün dünya cəmiyyətlərinin hər zaman təmiz sevgiyə ehtiyacı olub. Ətraf aləmdə baş verən neqativ situasiyalarla məhz əsl sevgi vasitəsilə mübarizə aparmaq olar. Odur ki, ürək və ağılın birgə qərar verdiyi bu ülvi hissləri yaşamaqdan çəkinməyin. Elə bu gün - Sevgililər günündə sevginizi bir daha etiraf etməkdən də». /ANS TV/
Açar sözlər:
Bolqarıstanın Plovdiv şəhərində təşkil olanan boks üzrə yeniyetmələr arasında Avropa çempionatında, azərbaycanlı əlcək sahiblərinin uğurlu çıxışları davam edir. Yarışda iştirak edən 13 boksçudan 6-sı, bürünc medalı özü üçün təmin edib. Ən böyük və yadda qalan uğurun müəllifi isə 52 kq çəki dərəcəsində mübarizə aparan Elvin İsayevin adı ilə bağlıdır. Belə ki, həmyerlimiz 1/4 finalda, ermənistanlı Aram Papoyanı 15-4 hesabı ilə məğlub edib. Teymur Məmmədovla Ukrayna təmsilçisi Anatoli Fişiç arasında keçirilən görüşdə zərbələrin sayında bərabərlik qeydə alınsa da, hakimlər sonda qələbəni həmyerlimizə veriblər. Bundan əlavə daha 4 idmançımız- Salman Əlizadə, Elnur Zeynalov, Fərid Mansurov və Tamerlan Abdullayev də ən azından bürünc medalı özünə təmin edib. 1/4 finala yüksəlmiş boksçularımızdan yalnız biri, Anar Əliyev rusiyalı rəqibinə məğlub olaraq mübarizəni dayandırıb. Qeyd edək ki, Avropa çempionatına iyunun 28-də keçiriləcək final döyüşlərindən sonra yekun vurulacaq. /ANS TV/
Açar sözlər:
26 iyun-Milli Ordu gününə həsr olunmuş hərbi parad.
Aşağıdakı linkdə
http://raufray.wordpress.com/2008/06/26/herbi-parad-2/
Məlumat üçün Rauf Raya təşəkkürlər
Açar sözlər:
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, müşayiət-eskort taqımına yol-patrul xidməti inspektoru vəzifəsinə xidmətə qəbul üçün müsabiqə elan edir. Baş Dövlət Yol Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, müsabiqədə iştirak etməsi üçün Azərbaycanın dövlət dilini bilən, yaşı 20-dən aşağı və bir qayda olaraq 30-dan yuxarı olmayan Azərbaycan vətəndaşı, silahlı qüvvələrdə həqiqi hərbi xidmət üçün müəyyən edilmiş xidmət müddətini tam başa vurmuş, dövlət tərəfindən maliyyələşdirilmiş təhsil ocağının avtomobil nəqliyyatına aid ixtisas, fiziki cəhətdən sağlam, boyu 175 sm-dən yuxarı, «A,B» kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır.
Açar sözlər:
Azərbaycanda aztəminatlı ailələrə verilən ünvanlı yardımın təyin edilməsi üçün ehtiyac meyarı artırılıb. Prezident İlham Əliyevin sərəncamı ilə iyulun 1-dən ehtiyac meyarı 45 manatdan 55 manata qədər artırılıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun sözlərinə görə, bu artım yardımların həcmini və yardım alanların sayını artıracaq. /ANS TV/
Açar sözlər:
Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 100 faiz artırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu Sərəncam 2008-ci il iyul ayının 1-dən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 25 iyun 2008-ci il.
Açar sözlər:
Qabaqki yazılar
- Bakı-Tiflis-Ceyhan neft kəməri bu gündən başlayaraq adi rejimdə fəaliyyətə başlayıb
- Ermənistanın kommersiya banklarına “Western Union” sistemində iştirak etmək qadağan edilib
- Pekin olimpiadası başa çatdı
- Amerikada təyyarə qəzası baş verib
- Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı
- Hava şəraiti sabahdan nisbətən sərinləşəcək
- Xetaq Qazyumov Olimpiya üçüncüsü oldu
- “BarKamp Azərbaycan 2008”- qeyri-Konfransına qeydiyyat davam edir
- "İrəli" rəqiblərinə meydan oxuyur





















