Reklam verin!
Hər şey Azərbaycan üçün!!!
Hər hansı fəndən cavab yaza bilməyənlərə attestat verilməyəcək

Bu il Azərbaycanın orta ümumtəhsil məktəblərindən 120 min şagird məzun olacaq. Təhsil Nazirliyindən verilən məlumata görə, builki məzunlar mərkəzləşdirilmiş imtahan sistemini keçdikdən sonra attestat alacaqlar. Nazirliyin qiymətləndirmə şöbəsinin müdüri Təranə Hacıyevanın sözlərinə görə, imtahan 8 fənni əhatə edəcək: «Ən çox sual ana dili və riyaziyyat fənnlərinə aid edilib». O qeyd edib ki, ilin əvvəlində bütün orta ümumtəhsil məktəblərinə buna bənzər imtahan sualları göndərilib.

İmtahanlar 129 mərkəzdə keçiriləcək. Onlardan 29-u Bakıda, 13-ü Sumqayıtda, digərləri ölkənin fərqli regionlarındadır. Cavabların qiymətləndirilməsi 5 bal üzrə aparılacaq. Sualların 20 faizə cavab verənlər 3, 80 faizinə cavab verənlər isə 5 balla qiymətləndiriləcək. Hər hansı fəndən cavab yaza bilməyənlərə isə attestat verilməyəcək. Həmin şəxs yalnız bir ildən sonra xüsusi mərkəzdə imtahan verib attestat ala bilər.

Şagirdlərin imtahan vaxtını qeydiyyata sərf etməməsi üçün yeni sistem də tətbiq olunub. Şagird əvvəl imtahanın yarım saatını kod və ad familiyasını yazmağa sərf edirdisə, indi bütün məlumatı onun adı göstərilən blanka yazacaq. İmtahanın nəticələri 4 gün sonra bəlli olacaq. Şagird ona məxsus kodu Təhsil Nazirliyinin internet saytına yazmaqla məlumat əldə edə bilər.

Xatırladaq ki, mərkəzləşdirilmiş imtahan sistemi 3 ildir ki, Azərbaycanda təcrübə kimi həyata keçirilir. /ANS TV/


Açar sözlər:

Yazar: Reshaiq M.Bayramov | Tarix: May 30, 2008 15:23 Yazını "XəbərNamə"yə göndər! | Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 35

İstefa nazirlərin üçünün də “Daşnaksütun” erməni inqilabi federasiyasının bürosunun tərkibinə daxil edilməsi ilə bağlıdır

Ermənistanda “Daşnaksütun” partiyasından olan üç nazir Ermənistanın baş naziri Tiqran Sarkisyana istefaları barədə ərizələrini təqdim ediblər. Bu barədə Ermənistanın “Panorama” agentliyi Ermənistan Respublikası hökumətinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Meri Arutyunyana istinadən məlumat yayıb. Verilən məlumata görə, istefa ərizılərini Ermənistanın təhsil naziri Levon Mkrtçyan, əmək və əhalinin sosial müdafiəsi naziri Aqvan Vardanyan və kənd təsərrüfatı naziri David Lokyan yazıblar.
Ermənistan qanunvericiliyinə görə, ölkənin baş naziri nazirlərin istefa ərizələrini ölkənin prezidentinə təqdim etməlidir. Prezident isə müvafiq əmrlə onları vəzifələrindən azad etməlidir. /ANSPRESS/

Qeyd edək ki, istefa barədə qərar “Daşnaksütun” partiyasının ümumi yığıncağında qəbul olunub və istefa nazirlərin üçünün də “Daşnaksütun” erməni inqilabi federasiyasının bürosunun tərkibinə daxil edilməsi ilə bağlıdır. Büronun təmsilçisi iə bildirib ki, partiya hər üç nazir vəzifəsini əlində saxlayır. Amma yeni nazirlərin kim olacağı bilinmir./ANS PRESS/


Açar sözlər:

Yazar: Reshaiq M.Bayramov | Tarix: May 30, 2008 14:17 Yazını "XəbərNamə"yə göndər! | Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 25

İclasda "sərbəst toplaşma" və "seçki məcəlləsi" haqqında qanuna əlavə və dəyişiliklər müzakirə ediləcək

Bu gün Milli Məclisin növbəti plenar iclası öz işinə başlayır. Bu günkü iclasda millət vəkilləri "sərbəst toplaşma" və "seçki məcəlləsi" haqqında qanuna əlavə və dəyişilikləri müzakirə edəcək. Dəyişikliklərə görə prezidentliyə namizədlərin təbliğatı üçün seçki fondunun məbləği 10 milyon manata qədər artırılır. Millət vəkilliyinə namizədlər üçün isə bu məbləğ 500 min manat olacaq. /ANS TV/


Açar sözlər:

Yazar: Reshaiq M.Bayramov | Tarix: May 30, 2008 11:32 Yazını "XəbərNamə"yə göndər! | Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 24

Küləkli hava şəraiti bu gün axşama kimi davam edəcək

Umayra Tağıyeva: «Küləkli hava şəraiti barədə 3-dəfə əlaqədar təşkilatlara xəbərdarlıq edilib»

Respublika ərazisində başlayan güclü külək bu gün axşam saatlarına yaxın başlayaraq mülayimləşəcək. Bu barədə məlumatı ANS PRESS-ə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva verib. Onun sözlərinə görə, Qərb dənizindən gələn soyuq hava cəbhəsinin ölkə ərazisinə gəlməsi barədə mayın 23-də, 27-də və mayın 29-da əlaqədar təşkilatlara xəbərdarlıq edilib. Küləkli hava şəraiti əsasən Kür vadisi rayonlarda müşahidə edilib. Dünən qərb rayonlarında küləyin sürəti 30-33, Abşeronda isə 28 metrə çatıb.
Umayra Tağıyeva mayın 30-da və 31-də havanın küləkli keçəcəyini, yağış yağacağını bildirib. Belə ki, bəzi rayonlarda yağışlar leysan xarakterli olacaq. Dağ çaylarında daşqınlar olacağı gözlənilir. İyun ayının 1-dən isə hava nisbətən mülayimləşəcək. /ANS PRESS/


Açar sözlər:

Yazar: Reshaiq M.Bayramov | Tarix: May 30, 2008 11:31 Yazını "XəbərNamə"yə göndər! | Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 27

Bulvar İdarəsi yaranacaq sıxlıqda xoşagəlməz hadisələrin qarşısını almaq üçün ciddi nəzarət tədbirləri görüb

Məktəbə vida edən 11-ci sinif şagirdlərinin son zəng günü Milli Parka gəzintiyə çıxması bir növ adət halını alıb. Bu səbəbdən sabah məktəblilərin Milli Parka kütləvi axınını nəzərə alan Bulvar İdarəsi yaranacaq sıxlıqda xoşagəlməz hadisələrin qarşısını almaq üçün ciddi nəzarət tədbirləri görüb. Gücləndirilmiş iş rejiminə keçəcək Bulvar İdarəsinin mühafizə xidməti 24 saat ictimai asayişin qorunmasına xidmət edəcək.

Dənizkənarı Bulvar İdarəsinin nümayəndəsi Nazim Məcidovun ANS TV-yə verdiyi məlumata görə, bunun üçün Bulvar İdarəsinin özünün 200 nəfərə yaxın mühafizə xidməti var. Təhlükəsizliyin təmin olunmasında Bulvar İdarəsinin mühafizəçilərinə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları da kömək edəcək. Bulvardakı ticarət obyektlərində spirtli içkilərin satışına qadağa qoyulmasa da, gənclərin bu içkilərdən istifadəsinə nəzarət olunacaq. /ANS PRESS/


Açar sözlər:

Yazar: Reshaiq M.Bayramov | Tarix: May 30, 2008 11:27 Yazını "XəbərNamə"yə göndər! | Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 25

Bütün hallarda düşmən cavab atəşilə susdurulub,itki yoxdur

Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 29-da saat 17.40-dan 17.50-dək Ermənistan Respublikası Berd rayonu Mosesqex kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki mövqelərini, mayın 30-da saat 04.50-dən 05.10-dək Tərtər rayonunun Qızıl Oba və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşilə susdurulub. İtki yoxdur. /ANS PRESS/


Açar sözlər:

Yazar: Reshaiq M.Bayramov | Tarix: May 30, 2008 11:24 Yazını "XəbərNamə"yə göndər! | Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 24

Dünən axşam saat 11 radələrindən başlayaraq cənub bölgələrdə əsən güclü küləklər enerji təsərrüfatına, kənd təsərrüfatının əkin sahələrinə ciddi ziyan vurub.

Masallı rayon Fövqalada Hallar komisiyasının sədri Nazir Abıyevin verdiyi məlumata görə, rayonda beşərtəbəli yaşayış binanın dam örtüyünü külək uçürub, bir neçə evin damlarının müəyyən hissələri zədələnib. Küllü miqdarda dirəklərin və nəqillərin qırılması haqqında da məlumat verilir. Gecə saatlarında rayon tamamilə işıqsız qalıb. Səhər Masallı şəhərinin enerjitəshizatı qismən bərpa olunub, təmir işləri davam edir.

Təbiyyət eyni fəsadları Lənkəra və Lərik rayonlarında da törədib. Lənkəranın 30 faizi indiyə kimi işıqsız qalıb.

Yardılmı paylayıcı şəbəkənin rəisi İlqar Quliyevin məlumatına görə, 35-kilovoltluq Masallı-Yardımlı xətti açılıb, 50-ə qədər dirək aşıb, bu da rayonun əksər hissəninin enerji təshizatında problem yaradıb.


Açar sözlər:

Yazar: Reshaiq M.Bayramov | Tarix: May 30, 2008 9:48 Yazını "XəbərNamə"yə göndər! | Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 28

Qabaqki yazılar

  Yazılar cəmi: 118    Sonrakı səhifə »