Açar sözlər:
Dünya Azərbaycanlılarının Konqresinin Əlaqələndirmə Şurası və Moskvada dərc edilən «Azərbaydjan i zakonnost» qəzeti «Heydər Əliyev, Azərbaycan diasporu və milli mətbuat» mövzusunda birgə beynəlxalq konfrans keçiriblər. Tədbirdə 30-dək tanınmış ziyalı çıxış edib. Tanınmış jurnalist Qullu Məhərrəmli H.Əliyevin Azərbaycan diasporasının təşkilatlanmasındakı rolu və xidmətləri haqqda məlumat verib.
Tədbirin sonunda 2007-ci ilin yekunu ilə əlaqədar «Azərbaydjan i zakonnost» qəzetinin diplomu qaliblərə təqdim edilib. Konfransda Qulamrza Təbrizinin H.Əliyevə həsr etdiyi «Müdriklik Fəlsəfəsi» kitabının təqdimatı da olub. /ANS PRESS/
Açar sözlər:
Azərbaycandakı yeniyetmə məhkumlar ümumi məhkumların 2 %-ni təşkil edir. Bu rəqəm Bakıda «Yuvenal ədliyyə sisteminin islahatı» mövzusunda keçirilən konfransda səslənib. "Bu rəqəm az olsa da bizi qane etmir" söyləyən ədliyyə nazirinin müavini Toğrul Musayev əlavə edib ki, 2007-ci ildə məhkəmə qarşısına 300-dən çox yeniyetmə çıxarılıb. Onların 70 faizi azadlıqdan mərhumetmə deyil, müxtəlif inzibati, şərti cəzalar alıblar. Toğrul Musayevin sözlərinə görə, yetkinlik yaşına çatmayanların tərbiyə müəssəsində hazırda 47 nəfər cəza çəkir. /ANS PRESS/
Açar sözlər:
Ermənilərin Azərbaycanın Ağdam rayonunun işğal altında olan ərazilərində keçirdikləri hərbi təlimlər davam edir. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, təlimlər bu gün səhər saat 10:30-dan başlayıb və əsasən Uzundərə adlanan ərazidə aparılır. Hərbi təlimlərdə əsasən «Qrad», toplardan və ağır texnikadan istifadə edilir. Atəş səsləri bu dəqiqələrdə də cəbhə xətti boyunca yerləşən ərazilərdə eşidilir.
Xatırladaq ki, ötən gün də erməni silahlı qüvvələri bir saat ərzində Ağdam şəhəri ətrafında hərbi təlimlər keçiriblər. /ANS PRESS/
Açar sözlər:
Ermənistan silahlı qüvvələri aprelin 29-u axşamdan başlayaraq gecəyarısına kimi fasilələrlə atəşkəs rejimini pozub. Erməni ordusu Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Qazax rayonu sahəsindəki mövqelərini, həmçinin Ağdamın Mərzili və Yusifcanlı kəndləri, Xocavəndin adsız yüksəklikləri və Kuropatkino kəndi, Füzulinin Qərvənd, Tərtərin Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. /ANS PRESS/
Açar sözlər:
Quba Rayonun Zərziba kəndinin taxıl zəmilərinə çəyirtkələr hücum edib. Bu barədə məlumatı ANS PRESS-ə fermerlər veriblər. Onların sözlərinə görə, son 4-5 gündə həşaratların hücumları daha da aktivləşib. Artıq çəyirtkələr 50 hektar taxıl sahəsində bitkilərin yarpaqlarını yararsız hala salıblar. Fermerlər bildiriblər ki, əgər yaxın günlərdə buna qarşı tədbirlər görülməsə, taxıl azlığından əziyyət çəkən ölkə üçün bu vəziyyət daha da acınacaqlı olacaq.
Faktı Rayon Bitki Mühafizə Mərkəzinin direktoru Hacıbala Əzizov da təsdiqləyib. Onun ANS PRESS-ə verdiyi məlumata görə, taxıl sahələrinə hücum edən həşaratlar Asiya çəyirtkələridirlər. Onlar bitkilərin yaşıl yarpaqlarını yeyərək onları məhv edirlər. Hacıbala Əzizov bununla bağlı rəsmi qurumlara məlumat verildiyini deyib.
Rayon icra hakimiyyətinin birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidov isə bu gün ərzində taxıl sahələrinin dərmanlanacağını söyləyib./ANS PRESS/
Açar sözlər:
"Yaxın günlərdə İnternet qiymətlərinin azalması barədə məsələ müzakirə ediləcək. Lakin internet keyfiyyəti bununla pis olmayacaq". Bu barədə jurnalistlərə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müavini İltimas Məmmədov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda İnternetin qiymətlərini Tarif Şurası yox, bazar tənzimləyir. İ.Məmmədov qeyd edib ki, Şura İnternet xidmətlərinin qiymətlərini, onların faktorlarını təhlil edir. Bununla o, qiymətlərin azalması üzrə təklif etmək niyyətindədir. /"Turan"/
Açar sözlər:
Qabaqki yazılar
- Bakı-Tiflis-Ceyhan neft kəməri bu gündən başlayaraq adi rejimdə fəaliyyətə başlayıb
- Ermənistanın kommersiya banklarına “Western Union” sistemində iştirak etmək qadağan edilib
- Pekin olimpiadası başa çatdı
- Amerikada təyyarə qəzası baş verib
- Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı
- Hava şəraiti sabahdan nisbətən sərinləşəcək
- Xetaq Qazyumov Olimpiya üçüncüsü oldu
- “BarKamp Azərbaycan 2008”- qeyri-Konfransına qeydiyyat davam edir
- "İrəli" rəqiblərinə meydan oxuyur





















