Reklam verin!
Hər şey Azərbaycan üçün!!!
Bu il bahar martın 20-də Azərbaycana qədəm qoyacaq. Şamaxı Rəsədxanasından "OLAYLAR"a bildiriblər ki, bahar ayın 20-də yerli vaxtla saat 09.08-də daxil olacaq. Buna görə də 20-si bayram günü hesab edilməlidir. Axırıncı çərşənbə isə ayın 18-də qeyd ediləcək

Açar sözlər:

Yazar: Reshaiq M.Bayramov | Tarix: Mart 13, 2008 13:19 Yazını "XəbərNamə"yə göndər! | Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 45

Ailə cəmiyyətin kiçik modelidir. Ailələrin sağlam qurulması gələcək nəslin təminatıdır. Ölkəmizdə, xüsusən regionlarda qızların erkən yaşlarda ərə verilməsi və qohumlar arasında, həttə uşaq doğulmamışdan öncə kiminlə ailə quracağının müəyyənləşdirilməsi kimi hallara tez-tez rast gəlinir. Davamı...

Açar sözlər:

Yazar: Reshaiq M.Bayramov | Tarix: Mart 13, 2008 13:07 Yazını "XəbərNamə"yə göndər! | Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 54

Sərgi mövsümünü bu il ilk 5-ci yubileyini qeyd edən AvtoŞou Azərbaycan Beynəlxalq Sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib. Mətbuat konfransında çıxış edən Ticarət və Sənaye Palatasının vitse-prezidenti, “ İtesa Kaspian” şirkətinin direktoru, “MBASK sığorta” şirkətinin idarə heyətinin sədri və Sərginin meneceri çıxış edərək Respublikamızın sürətli iqtisadi inkişafı nəticəsində ümumdaxili məhsulun dəfələrlə artdığını və belə sərgilərin təşkil olunduğunu bildiriblər. Sərgiyə rəsmi dəstəyi İqtisadi inkişaf nazirliyi, Nəqliyyat nazirliyi, Ticarət və sənaye palatası, Azərbaycanda ixracatın və investisiyaların təşviqi fondu və Baş dövlət Yol polisi İdarəsi göstəriblər. Dünyanın 27 ölkəsindən 125 şirkətinin iştirak etdiyi sərgi martın 13-dən 16-dək Heydər Əliyev adına idman və sərgi kompleksində nümayiş etdiriləcək.


Açar sözlər:

Yazar: Reshaiq M.Bayramov | Tarix: Mart 13, 2008 12:55 Yazını "XəbərNamə"yə göndər! | Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 48

Ermənistanda son prezident seçkisinin ardınca kəskinləşən daxili qarşıdurma kütləvi həbslərlə davam edir. «Media forum» saytı həbsə alınanların martın 12-nə olan siyahısını diqqətə çatdırır. Bu şəxslər dövlət hakimiyyətini qəsbdə, kütləvi iğtişaşlarda, hakimiyyət nümayəndələrinə qarşı zorakılıqda, qanunsuz silah saxlama və gəzdirmədə günahlandırılırlar.

Yerjanik Abqaryan, Gömrük Komitəsinin sabiq sədri, Erməni Ümummilli Hərəkatı (EÜH) İdarə Heyətinin üzvü

Hamlet Abramyan, Prezidentliyə namizəd Levon Ter-Petrosyanın seçki qərargahının üzvü

Masis Ayvazyan, EÜH İdarə Heyətinin üzvü, Ter-Petrosyanın qərargah nümayəndəsi

Davamı...

Açar sözlər:

Yazar: Reshaiq M.Bayramov | Tarix: Mart 13, 2008 12:51 Yazını "XəbərNamə"yə göndər! | Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 53

HİV/AİDS-in gənclər arasında yayılmasının qarşısının alınması sahəsində həyata keçirilən tədbirlərdə iştirak üçün fəaliyyətə dəvət Əziz dostlar,Hörmətli həmkarlar, HİV/AİDS-in gənclər arasında yayılmasının qarşısının alınması sahəsində İNT tərəfindən yaxın vaxtlarda profilaktik tədbirlərin keçirilməsi planlaşdırılıb. Fəaliyyət HİV virusuna yoluxmaqda xüsusi ilə xəssas qrupa yönəlmişdir – küçədə yaşayan və işləyən uşaq, yeniyetmə və gənclərə.Əgər siz gənclərin sağlamlığı məsələlərinə maraq göstərirsinizsə, onda bu layihədə iştirak etmək üçün müraciət edin.Birinci mərhələdə layihə iştirakçıları üçün xüsusi treninq keçiriləcək (“HİV/AİDS-lə bağlı küçə uşaqları arasında məlumatlandırmanın aparılması və zərərin azaldılması tədbirləri”)İkinci mərhələdə - Küçədə işləyən və yaşayan uşaq və yeniyetmələr arasında HİV/AİDS profilaktikası tədbirlərinin keçirilməsi.  Treninqdə iştirakla bağlı  14-15 mart 2008-ci il  510-66-17 (şəhər) müraciət edin. 

Açar sözlər:

Yazar: Reshaiq M.Bayramov | Tarix: Mart 13, 2008 12:40 Yazını "XəbərNamə"yə göndər! | Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 46

Qabaqki yazılar

  Yazılar cəmi: 5