Reklam verin!
Hər şey Azərbaycan üçün!!!

20 yanvar hadisələrinin növbəti ildönümü yaxınlaşır. Yenə yüz minlər axışacaq Şəhidlər xiyabanına. Yenə baba nəvəsinin əlindən tutub bu ziyarətgaha gətirəcək, xalqımızın başına gətirilən müsibətləri ona anladacaq. Bəlkə də bizim təsəllilərimizdən biri də elə məhz budur: millətimiz yaşlısından gəncinə qədər o gecə baş verənləri unutmur.
Həmin gecə baş verənlərə faciə demək gəlmir dilimdən. Mənim aləmimdə faciə heç nə uğrunda vəhşicəsinə öldürülən insanların durumudur. 20 yanvarda dünyasını dəyişənlər bir “heç” uğrunda öldürülmədilər ki! Onlar Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda, müqəddəs bir dəyər uğrunda canlarını fəda etdilər. Bu fədakarlığın ən gözəl və tam ifadəsi isə şəhidlikdir. Bu gün onların uyuduqları əbədi məkan yüz minlərin axışdığı, qarşısında hər kəsin ehtiramla əyildiyi Şəhidlər xiyabanıdır.

Şəhidlər Xiyabanı

Davamı...

Açar sözlər:

Yazar: Reshaiq M.Bayramov | Tarix: Yanvar 24, 2008 14:24 Yazını "XəbərNamə"yə göndər! | Bölməsiz | Şərhlər(1) | Baxış sayı: 64

Yanvarın 15-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi və Heydər Əliyev Fondunun dəstəyi ilə üç aydan çox davam edən “Televiziya Muğam Müsabiqəsi–2007”nin final mərhələsi keçirilmişdir.
Bu möhtəşəm musiqi bayramında Azərbaycan muğam sənətinin qorunub saxlanılmasında, təbliğində və inkişaf etdirilməsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri xüsusi vurğulanmışdır. Qeyd olunmuşdur ki, muğam sənəti sahəsində yeni istedadların üzə çıxarılmasında Heydər Əliyev Fondunun böyük rolu olmuşdur. Bundan əvvəlki televiziya muğam müsabiqəsinin iştirakçılarının sədası indi təkcə Azərbaycan səhnəsindən deyil, dünyanın möhtəşəm səhnələrindən, beynəlxalq musiqi məclislərindən gəlir.
Davamı...

Açar sözlər:

Yazar: Reshaiq M.Bayramov | Tarix: Yanvar 16, 2008 14:56 Yazını "XəbərNamə"yə göndər! | Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 82

Q o b u s t a n   Tariximizin ilk səhifələrini min illərlə özündə yaşadan qədim Qobustan diyarı Böyük Qafqaz dağlarının şərq və cənub-şərq ətəklərində Azərbaycan Respublikasının şərq hissəsində yerləşir. Qobustan ərazisi tarixi-coğrafi məkan olmaqla qədim Şirvanın ayrılmaz bir hissəsi olub, onun cənub-şərq hissəsini tutur. Çünki Şirvanın tarixi ərazisi Mingəçevirdən tutmuş Kür çayı böyük sol sahil torpaqları, Dərbənd də daxil olmaqla Dərbənd Səddinə (qədim Dağıstana) kimi uzanmışdır. Elə buna görə də tarixi-coğrafi baxımdan Şirvan dedikdə Qobustan Şirvan ərazisi hesab edilməlidir. Lakin bununla yanaşı keçən əsr yazılı mənbələrində inzibati ərazi vahidi kimi Şamaxı qəzası iki böyük nahiyəyə (sahəyə) ayrılması məlumdur. Bunlardan biri Qoşun sahəsi, digəri isə Qobustan (Qəbristan) sahəsi adlanmışdır.

Açar sözlər: qobustan rayonu rəşaiq cəmcəmli kəndi 

Yazar: Reshaiq M.Bayramov | Tarix: Yanvar 11, 2008 13:27 Yazını "XəbərNamə"yə göndər! | Maraqlıdır | Şərhlər(0) | Baxış sayı: 78

«Armenakan» partiyası: 1885-ci ildə yaradılıb. Türkiyənin Van, Muş, Bitlis,Trabzon bölqələrində və İstanbulda silahlı toqquşmalar və terror aktları törədən bu partiya İran və Rusiyada yaşayan ermənilərlə əməkdaşlıqda olub.              «Hnçak» partiyası: 1887-ci ildə Cenevrədə yaradılıb. Qurumun əsas məqsədi Türkiyənin Anadolu bölgəsini, «Rus» və «İran» Ermənistanları adlandırdıqları əraziləri birləşdirməklə «Böyük Ermənistan» dövləti yaratmaqdır. Partiyanın proqramının 4-cü bəndində göstərilir; «Qarşıya qoyulmuş məqsədə çatmaq üçün təbliğat, təşviqat, terrorizm və dağıdıcı təşkilat yaradılması metodu seçilməlidir» Davamı...

Açar sözlər:

Yazar: Reshaiq M.Bayramov | Tarix: Yanvar 10, 2008 14:00 Yazını "XəbərNamə"yə göndər! | Maraqlıdır | Şərhlər(0) | Baxış sayı: 72

Kəlbəcərİşğal olunmuşdur: 1993-cü il 2 aprel
Ərazisi: 1936 km2 Əhalisinin sayı: 55000
Şəhid olmuşdur: 217. Əlil olmuşdur: 49
Milli qəhrəmanlar: 2
Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:Sənaye və tikinti obyekti: 29 Mədəni – məişət obyekti: 134 Qəsəbə və kənd: 132 Tarixi abidə: 87 Davamı...

Açar sözlər:

Yazar: Reshaiq M.Bayramov | Tarix: Yanvar 10, 2008 13:55 Yazını "XəbərNamə"yə göndər! | Maraqlıdır | Şərhlər(0) | Baxış sayı: 94

Anası, qızı və özü dul olan qadının maşasını və ocaq daşını suya salsan yağış yağar.
Atasına oxşayan qız xoşbəxt olar.
Adamın boğazı göynəyəndə pay yeyərlər.
Ay üçgunluk olanda budaq budanmaz, ağac kəsilməz, toxum səpilməz.
Ayağa süpürgə dəyəndə evə dava düşər.
Ay tutulanda tüfəng atarlar.
Ayı barmaqla göstərməzlər.

Davamı...

Açar sözlər:

Yazar: Reshaiq M.Bayramov | Tarix: Yanvar 10, 2008 13:43 Yazını "XəbərNamə"yə göndər! | Maraqlıdır | Şərhlər(1) | Baxış sayı: 143

 banner

 

31 dekabr 2007-ci il tarixdə 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İL münasibətilə Qobustan rayonunda tədbir keçirildi. Tədbiri giriş sözü ilə Qobustan rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Füzuli Güləliyev açaraq tədbir iştirakçılarını təbrik etdi. Sonra 2007-ci ildə rayonu ictimai-siyasi həyatında aktiv iştirak edən bir qrup şəxs Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif edildilər.

Təltif olunanalar arasında blogun sahibi Rəşaiq Bayramov da var idi.
 


Açar sözlər:

Yazar: Reshaiq M.Bayramov | Tarix: Yanvar 4, 2008 19:33 Yazını "XəbərNamə"yə göndər! | Xəbərlər | Şərhlər(1) | Baxış sayı: 84

Qabaqki yazılar

  Yazılar cəmi: 10    Sonrakı səhifə »