Reklam verin!
Hər şey Azərbaycan üçün!!!
Könüllü olaraq Azərbaycan tərəfə keçmiş Ermənistan Ordusunun əsgəri Paruyr Stepanyan Vətənə qayıtmaqdan imtina edib

Bu gün onunla Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri görüşüb

Bu gün Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri könüllü olaraq Azərbaycan tərəfə keçmiş Ermənistan Ordusunun əsgəri Paruyr Stepanyanla görüşüb. Danışıqlar qapalı keçib. Baxmayaraq ki, Stepanyan görüş zamanı bəyanat vermək niyyətində olduğundan görüşdə media nümayəndələrinin də iştirakının təmin olunmasını istəmişdi. Lakin Qırmızı Xaç Təşkilatının Bakı ofisinin rəhbəri Martin Amaşer bunun Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara zidd olduğunu deyərək medianın iştirakı ilə Stepanyanla danışmaqdan imtina edib. Görüşdən sonra ANS-ə açıqlama verən erməni əsgəri məhz Ermənistan ordusundakı işgəncə halları, vətəndaşı olduğu ölkədəki qanunsuzluğa etiraz olaraq Azərbaycan tərəfə keçdiyni etiraf etməklə qırmızı xaç təşkilatından ona üçüncü ölkəyə keçməyə kömək etmələrini xahiş edib. Hələlik təşkilat nümayəndələri onun xahişinə heç bir cavab verməyib. Qeyd edək ki, Qırmızı Xaçın nümayəndələri Stepanyana onun ailəsinin məktubunu da çatdırıblar. /ANS TV/


Açar sözlər:

Yazar: Reshaiq M.Bayramov | Tarix: İyul 24, 2008 16:56 | Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 11

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha