Hər şey Azərbaycan üçün!!!
Bu gün 88 sülhməramlımız İraqdan qayıdır
Sabah isə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində sülhməramlılarla görüş keçiriləcək
İyulun 22-də İraqda hərbi xidmət müddəti başa çatmış 88 Azərbaycan sülhməramlısı vətənə qayıdır. İyulun 23-də isə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində sülhməramlılarla görüş keçiriləcək.
Sülhməramlıları rotasiya əsasında hərbi qulluğa çağırılan həmkarları əvəzləyir. Ölkəyə qayıdan sülhməramlıları əvəzləmək üçün Silahlı Qüvvələrimizin eyni sayda hərbi qulluqçusu iyulun əvvəllərində İraqa yola düşüb.
Azərbaycan Ordusunun sülhməramlı qüvvələri İraqla yanaşı, Əfqanıstanda da xidmət göstərir. /ANS PRESS/
Açar sözlər:
