Bu gündən başlayaraq hava sərinləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeoroloji Proqnozlar Bürosundan ANS PRESS-ə verilən məlumata görə, bu gündən başlayaraq paytaxtda şimal küləyi üstünlük təşkil edəcək. Bu cür hava şəraiti həfətinin ilk günlərində də davam edəcək. Nəticədə temperatur 2-3 dərəcə aşağı düşəcək. Dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağışların yağacağı istisna edilmir. İyulun 23-nə kimi tempratur 32-33 dərəcə olacaq. Həftənin ikinci yarsnıda isə ölkə ərazisində anomal istilər müşahidə ediləcək. Bakı və Abşeron yarmadasında maksimal temperatur 37-39, bəzi aran rayonlarında isə 40 dərəcəyə çatacaq.
İyulun 24-dən başlayaraq zəif cənub küləyi əsəcək. Bu cür hava şəraiti meteohəssas insanlar üçündə əlverişsiz olacaq. Bunun üçün ürək, qan təyziyqi və sairə xəstəlikləri olan insanlara günəş altında mümkün qədər az gəzmək tövsiyyə edilir
Açar sözlər:
