Reklam verin!
Hər şey Azərbaycan üçün!!!
Bu gün Gürcüstanın tələbi ilə BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçiriləcək

Bu, artıq son iki ayda gürcü tərəfinin təşəbbüsü ilə qondarma respublikalarla bağlı BMT Təhlükəsizlk Şurasının keçirdiyi ikinci növbədənkənar iclas olacaq

Bu gün Gürcüstanın tələbi ilə BMT Təhlükəsizlik Şurası növbədənkənar iclasını keçirəcək. BMT-nin mətbuat xidmətinin yaydığı xəbər görə, rəsmi Tiflis Rusiya təyyarələrinin Gürcüstanın hava sərhədlərini pozduğunu əsas gətirərək BMT Təhlükəsizlik Şurasına müraciət edib.

Xatırladaq ki, insident iyulun 8-də baş vermişdi. Rus təyyarələrinin gürcü-osetin münaqişəsi zonasına uçuş etməsini rəsmi Tiflis hərbi təcavüz kimi qiymətləndirib. Rəsmi Moskva təyyarələrin Gürcüstan ərazisinə daxil olduğunu təkzib etməsə də, bunu gürcü hərbi birləşmələrinin Cənubi Osetiyaya soxulmasının qarşısını almaq üçün etdiyini bildirib. Gürsüstanın tələbilə keçiriləcək Təhlükəsizlik Şurasının iclası qapalı şəraitdə keçəcək.

Qeyd edək ki, Gürcüstan ərazisindəki qondarma respublikalarla rəsmi Tiflis arasında münasibətlər son dövrlərdə daha da gərginləşib. Bu, artıq son iki ay ərzində gürcü tərəfinin təşəbbüsü ilə qondarma respublikalarla bağlı BMT Təhlükəsizlk Şurasının keçirdiyi ikinci növbədənkənar iclas olacaq.


Açar sözlər:

Yazar: Reshaiq M.Bayramov | Tarix: İyul 21, 2008 12:15 | Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 11

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha