Hər şey Azərbaycan üçün!!!
Bütün hallarda qarşı tərəf cavab atəşilə susdurulub, itki yoxdur
Ermənistan silahlı qüvvələri iyulun 20-si səhərdən başlayaraq fasilələrlə Ermənistanın Berd rayonunun Mosesqex, İcevanın Berkaber, Noyemberyanın Voskepar kəndləri ərazisindən Azərbaycan Ordusunun Tovuzun adsız yüksəklikləri, Qazaxın Qızılhacılı və Aşağı Əskipara kəndləri yaxınlığında yerləşən mövqelərini, həmçinin Ağdamın Yusifcanlı, Qazaxın, Xocavəndin adsız yüksəklikləri, Kuropatkino kəndi, Füzulinin adsız yüksəklikləri və Aşağı Veysəlli kəndi, Tərtərin Çaylı kəndi yaxınlığından ordumuzun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Məlumata görə, bütün hallarda qarşı tərəf cavab atəşilə susdurulub, itki yoxdur. /ANS PRESS/
Açar sözlər:
