Hər şey Azərbaycan üçün!!!
Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib
Avqustun sonuna qədər prezidentliyə namizədliyin irəli sürülməsi prosesi yekunlaşacaq. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib. İyulun sonuna qədər seçki günü barədə rəsmi məlumat veriləcək, bundan sonra isə namizədlərin irəli sürülməsi mərhələsinə başlanacaq.
M. Pənahov həmçinin Seçki Məcəlləsinin qısaldılması ilə bağlı fikirlərə də münasibət bildirib. “Seçki Məcəlləsinin qısaldılmasında heç bir problem yoxdur. Ancaq müəyyən tələblər var və bu, nəzərə alınmalıdır. Zamanı gələndə məcəllə qısaldıla bilər”, deyə MSK sədri qeyd edib. /ANS TV/
Açar sözlər:
