Bu gün birinci ixtisas qruppu üzrə ali məktəblərə qəbul imtahanları keçiriləcək. Bu qrup üzrə imtahanda iştirak etmək üçün abituriyentlər internet vasitəsilə səndəlrini Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təqdim ediblər. TQDK-nın şöbə müdiri Arzu Bağırovun sözlərinə görə, birinci ixtisas qrupu üçün 8125 yer nəzərdə tutulub. Ümumilikdə bir yerə təxminən 5 ərizə daxil olub. Şöbə müdiri bildirib ki, qəbul imtahanları Bakı, Naxçıvan və Sumqayıtda keçiriləcək: «Bakıda 50, Sumqayıtda 7, Naxçıvanda isə imtahanların keçirilməsi üçün 2 bina ayrılıb. İmtahanın keçirilməsi üçün bütün hazırlıq işləri görülüb. İmtahan nəzarətçilərin təlimatlanlırılıb. Binalar çox ciddi şəkildə mühafizə olunur. Bu işdə həm Xüsusi Dövlət Mühafizə Xidlmətinin, həm də polis əməkdaşları iştirak edir.
TQDK-nın məlumatına görə, ali məktəbələ sənəd verənlərdən 33 558 nəfəri azərbaycan, 3388 nəfəri isə rus bölməsinin məzunudur. Birinci ixtisas qrupu üzrə təhsil almaq istəyən 262 abituriyent isə xarici ölkə vətəndaşlarıdır. İmtahan səhər saat 10-da başlayacaq və üç saat davam edəcək.
Abituriyetlərin imtahan verçəyi zalların ümumi sayı 1264-dür. Bakı şəhərində 30 883, Naxçıvanda 1251, Sumqayıtda isə 4812 abituriyent imtahan verəcək. Birinci qrupp üzrə qəbul planına gəldikdə isə TQDK-nın şöbə müdiri deyir ki, nəzərdə tutulan 8125 plan yerindən ən çoxu riyaziyyat-informatika, riyaziyyat və mühəndis iqtisadiyyatı üçün ayrılıb.
Qeyd edək ki, imtahanlardan sonra iki gün ərzində apelyasiya komissiyası fəaliyyət göstərəcək və abituriyentlərin şikayətləri qəbul ediləcək. Abituriyentlər iyulun 25-dən avqustun 5-nədək internet vasitəsilə ixtisas seçəcəklər. /ANS PRESS/
Açar sözlər:
