Hər şey Azərbaycan üçün!!!
Bütün hallarda qarşı tərəf susdurulub
Ermənistan silahlı qüvvələri iyulun 6-da axşam saat 20-dən başlayaraq bu gün səhər saatlarına qədər fasilələrlə atəşkəs rejimini pozub. Onlar Xocavənd və Füzuli rayonlarının adsız yüksəklikləri, həmçinin Xocavəndin Kuropatkino, Ağdamın Cəvahirli, Tərtərin Qızıloba kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Milli Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bütün hallarda, qarşı tərəf cavab atəşi ilə susdurulub, itki yoxdur. /ANS PRESS/
Açar sözlər:
