Rusiya prezidenti Dmitri Medvedevin iyulun 3-də Azərbaycana ikigünlük səfəri zamanı bir sıra sənədlər imzalanacaq. Bu barədə bu gün keçirilən mətbuat konfransında Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov məlumat verib. Onun sözlərinə görə, sənədlər üzərində hazırda iş gedir və bu səbəbdən onların dəqiq siyahısı açıqlanmır.
Səfər zamanı Rusiya dövlət başçısını hökumət üzvləri, bir sıra idarələrin rəhbərlərindən ibarət nümayəndə heyəti müşayiət edəcək. Dmitri Medvedevin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə iki dövlət arasında ikirətəfli münasibətlər, Dağlıq Qarabağ və s. məsələlərin müzakirə ediləcəyi gözlənilir. Səfər qrafikinə bir sıra görüş və tədbirlərin salındığını deyən V. İstratov Rusiya prezidentinin Azərbaycandakı görüşlərinin və qatılacağı tədbirlərin dəqiq qrafikini açıqlamayıb.
Qeyd edək ki, bu, Rusiyanın yeni prezidentinin Azərbaycana ilk səfəridir.
Açar sözlər:
