Reklam verin!
Hər şey Azərbaycan üçün!!!
Ailə cəmiyyətin kiçik modelidir. Ailələrin sağlam qurulması gələcək nəslin təminatıdır. Ölkəmizdə, xüsusən regionlarda qızların erkən yaşlarda ərə verilməsi və qohumlar arasında, həttə uşaq doğulmamışdan öncə kiminlə ailə quracağının müəyyənləşdirilməsi kimi hallara tez-tez rast gəlinir. Məsələnin bu günkü dövrdə aktuallığını nəzərə alaraq Tibb və Sağlamlıq Departamenti 10 mart tarixində növbəti tədbirini keçirdi. Tədbirin mövzusu «Qohum ve Erkən Nigahlar»la bağlı idi. Diskussiyanın qonağı Elmi-Tədqiqat Mamalıq İnstitutunun elmi katibi, mama-ginekoloq Leyla xanım Məmmədova idi. Tədbir İRƏLİ ÜGH-nın mərkəzi qərargahında keçirildi. 20-yə yaxın tədbir iştirakçısı onları narahat edən və maraqlandıran sualları qonağa ünvanladı.

İlk öncə erkən və qohum nigahlara sürükləyən səbəblər geniş araşdırıldı. Əsas səbəblər kimi təhsilin aşağı səviyyədə olması və ya heç olmaması, dünyagörüşünün dar çərçivədə olması göstərildi. Qeyd edildi ki, regionlarda bu prosesin daha intensiv şəkildə yayılması bununla əlaqədardır. Erkən nigahların tibbi cəhətdən insan orqanizmində törətdiyi fəsadlar, qohum nigahlardan doğulan uşaqların sağlamlıq göstəriciləri, həmçinin gənc valideynlərin cəmiyyətə, dövlətə faydalı vətəndaş yetişdirmə potensialı diskussiyanın maraqlı məqamlarından idi. Müzakirə zamanı Leyla Məmmədovə qeyd etdi ki, gələcəkdə hər hansı bir problemin yaranmaması üçün nigahdan əvvəl cütlük tibbi müainədən keçsə daha yaxşı olar.

Daha sonra mövcud problemin həllində gənclərin nə kimi işlər görə biləcəyi araşdırıldı.

Sonda iştirakçılar belə qərara gəldilər ki, uzun illərdən bəri adət halını almış, əhalinin milli şüuruna işləmiş stereotiplərin qırılması üçün KİV, tibb işçiləri, ictimai təşkilatlar və gənclərin yalnız birgə əməkdaşlığı effektiv nəticələr verə bilər.

Tibb və Sağlamlıq Departamenti gələcəkdə fəaliyyət planının bir hissəsi olan gənclərin tibbi biliklərinin genişləndirilməsi istiqamətindəki tədbirlərini davam etdirəcək.
Bookmark and Share

Açar sözlər:

Yazar: Reshaiq M.Bayramov | Tarix: Mart 13, 2008 13:07 | Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 75

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha